Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları Tolerantlıq Evinin ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada Azərbaycanda ənənəvi olaraq fəaliyyət göstərən müsəlman, xristian və yəhudi icmalarının tarixi və fəaliyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş olunur. Söhbət zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə kardinal Kuvakada Azərbaycanda həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verib. Bildirib ki, bu siyasətin əsasları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və ölkənin indiki rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Şeyxülislam həmçinin Azərbaycanda ənənəvi dini icmaların rəhbərləri və nümayəndələri arasında mövcud olan dinlərarası dialoqun və konstruktiv əməkdaşlığın yüksək səviyyəsini xüsusi vurğulayıb. Görüşün sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər. Kardinal Kuvakad Tolerantlıq Evinin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazıb.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
11.10.2026
2Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Valisədinin Dua Örpəyi Anasının Himayəsi bayramı münasibətilə keçirilən təntənəli ibadətə başçılıq edib. Arxiyereyəi Bakı Yeparxiya İdarəsinin katibi
09.10.2026
49 oktyabr - Həvari və Müjdəçi Müqəddəs İlahiyyatçı Yəhyanın anım günüdür
Həvari və Müjdəçi Müqəddəs İlahiyyatçı Yəhyanın anım günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində, kilsə ruhanilələrinin müşayiət ilə
08.10.2026
68 oktyabr - Müqəddəs Sergiy Radonejskinin xatisə günüdür
Müqəddəs Sergiy Radonejskinin xatirəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. İbadət zamanı yepiskopu
Populyar Xəbərlər
23.08.2026
82Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
22.08.2026
73Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...
19.08.2026
5019 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi ...