Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub

Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsində taxt-tac bayramı qeyd olunub

Avqustun 1-i Kilsə Sarovlu Müqəddəs Serafimin xatirəsini anır. Həmin gün Sumqayıt şəhəri Sarovlu Müqəddəs Serafim kilsəsi özünün taxt-tac bayramını qeyd etdi. İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Bakı Yeparxiyası İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov, kilsənin baş keşişi, iyerey Rostislav Şahvələdov və diakon Rustik Şerstnyov müşayiət ediblər. İbadət ilahiləri Nelli İsrafilovanın rəhbərliyi altında Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ifaçıları tərəfindən səsləndirildi. Yeparxiyanın zəvvarlıq üzrə şöbəsi tərəfindən Bakı kilsələrinin icma üzvləri üçün Sumqayıt şəhərinə səfər təşkil edildi. Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanların hamısına arxpastır nəsihəti ilə müraciət edib.



Xəbərlər