Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir
İyunun 10-da Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam olur. Arxiyepiskop Aleksandr təxminən 30 il ərzində, onlardan 22 ilini 1998-ci ildə bərpa olunmuş Bakı yeparxiyasının rəhbəri kimi, Azərbaycanda xidmət göstərmiş. Arxiyepiskop uzun sürən ağır xəstəlikdən sonra 10 iyun 2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda dinlərarası və millətlərarası dialoqun möhkəmləndirilməsi, Azərbaycan multikulturalizm modelinin inkişafı, Azərbaycan və rus xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsində göstərdiyi mühüm xidmətlərə görə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr I Fəxri Xiyabanda dəfn edilmişdir.
İyunun 9-da Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir. Tədbirdə mərhum arxiyepiskopu uzun illər şəxsən tanımış Azərbaycanın dini icmalarının rəhbərləri və nümayəndələri, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin və icma üzvləri, Bakı yeparxiyasının ruhaniləri, Bakı pravoslav kilsə icmalarının üzvləri, mərhumun dostları və yaxınları iştirak etmişlər.
Anım gecəsini Bakı və Azərbaycan yepiskopu Aleksiy açmışdır. Arxiyepiskop Aleksandr haqqında xoş xatirələrini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovskiy, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili və Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bölüşmüşlər.
Tədbirdə Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xoru (Azərbaycanın əməkdar artisti Vaqif Məstanovun rəhbərliyi altında), Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin xoru (Nərgiz Voronkovanın rəhbərliyi altında ) və Ali-Mələk Mikayıl kilsəsinin xoru (Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi altında) çıxış etmişlər. Gecənin bədii tərtibatını Larisa Kərimova hazırlamışdır. Tədbir iştirakçılarına həmçinin arxiyepiskop Aleksandrın həyat və fəaliyyətinə həsr olunmuş tematik fotosərgi təqdim edilmişdir.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.09.2026
2Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu
20.09.2026
2Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
4Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
48Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
47Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...