Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. 
İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidədir. XII əsrə aid möhkəm qala divarları ilə əhatə olunmuş İçərişəhər təkcə paytaxtın ən qədim hissəsi deyil, həm də Bakının ən qədim yaşayış məhəlləsidir. Qədim şəhərin dar küçələrində yerləşən tarixi evlərdə bu gün də bir neçə min bakılı yaşayır. Çoxsaylı memarlıq abidələri, Şirvanşahlar Sarayı, Bakı xanlarının evi, qədim məscidlər və karvansaralar, muzeylər, incəsənət qalereyaları, rəssam və xalq sənətkarların emalatxanaları İçərişəhəri Azərbaycanın paytaxtına gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevirir.
Bazar məktəbinin şagirdləri müəllimləri və valideynləri ilə birlikdə, bələdçinin müşayiəti altında qədim şəhərin küçələrində gəzərək onun memarlıq irsi və görməli yerləri ilə tanış olublar. Onlar dünyada yeganə olan Miniatür Kitab Muzeyini, tanınmış Azərbaycan rəssamı Əli Şəmsinin emalatxanasını ziyarət edib, həmçinin Bakı şəhərinin səmavi himayədarı müqəddəs həvari Bartalmayın Qız qalasının ətəyində yerləşən şəhidlik yerini ziyarət ediblər. Uşaqlar üçün ekskursiya Bakı Yeparxiyasının zəvvarlıq üzrə şöbəsi  tərəfindən təşkil olunub.



Xəbərlər


Bölmənin digər xəbərləri

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib
30.08.2026
2

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi bayramını fərqləndirən bu ayin, Allah Anasının yer

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
30.08.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonra 13-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri müşayiət

Avqustun 29-u - İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsi günüdür
29.08.2026
10

Avqustun 29-u - İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsi günüdür

Avqustun 29-da Kilsə Rəbbimiz İsa Məsihin Əllə Çəkilməmiş Surətinin Edessadan Konstantinopola köçürülməsinin xatirəsini qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
66
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
58
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
37
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər