Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işləri ilə tanış olub
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işlərinin gedişi ilə tanış olub. Son iki il ərzində kilsənin baş keşişi protoiyerey Aleksandr Novikovun səyləri nəticəsində həm məbədin daxilində, həm də ona bitişik ərazidə bir sıra işlər həyata keçirilib. Xüsusilə, vəftizxana tamamilə yenidən qurulub, böyüklərin vəftizi üçün yeni vəftiz hovuzu hazırlanıb və hazırda divarların dini təsvirlərlə bəzədilməsi işləri aparılır. Müqəddəs Radonejli Serginin şərəfinə həsr olunmuş yan ibadətgah hissəsində təmir işləri davam etdirilir. Məbədin altar hissəsinin pəncərələrində müqəddəslərin ikonalarının təsvir olunduğu yeni vitrajlar quraşdırılıb. Son iki il ərzində kilsənin ərazisində genişmiqyaslı yaşıllaşdırma işləri də həyata keçirilib: iynəyarpaqlı və meyvə ağacları, dekorativ bitkilər, qızılgül və dəfnə kolları, eləcə də müxtəlif güllər əkilib. Yepiskop Aleksiy görülən işləri müsbət qiymətləndirib və məbədin rifahı naminə zəhmət çəkən hər kəsə arxipastır xeyir-duasını verib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
16.08.2026
2İvanovkalı pravoslavlar Lənkəran kilsəsini ziyarət ediblər
İvanovka kəndindəki Həvari və Müjdəçi Müqəddəs Yəhya kilsəsinin icma üzvləri Azərbaycanın ən cənubunda yerləşən kilsəni — Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər. İlahi
16.08.2026
5Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 11-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri
14.08.2026
5Avqustun 14-ü - Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramıdır
Avqustun 14-də Kilsə Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramını qeyd edir. Həmin gün Rəbbin Xaçı ehtiram edilmək üçün kilsənin mərkəzinə gətirilir. Bayram günü Bakı və Azərbaycan
Populyar Xəbərlər
13.07.2026
4913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
40Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
20.06.2026
33Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...