Simalarda tarix
Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr (İşein)
Arxiyepiskop Aleksandr (dünyəvi adı İşein Aleksandr Gennadyeviç) 13 iyun 1952-ci ildə böyük rus zahidi müqəddəs qanuni knyaz Aleksandr Nevskinin vətəni Yaroslavl şəhərində fəhlə ailəsində anadan olmuşdur. Gələcək arxipastırın uşaqlığı qədim rus şəhərlərində: Böyük Rostov və Yaroslavlda keçmişdir. Orta məktəbi bitirdikdən sonra o, Leninqrad kimya-əczaçılıq institutuna qəbul olunmuşdur. İnstitutu bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinə müddətli hərbi xidmətə çağırılmış və hərbi xidməti uzaq Şimalda keçmişdir.
Gələcək arxipastırın mənəvi formalaşmasına və rahib vədlərini qəbul etməsinə baş yepiskop Pavel (Qolışev) böyük təsir göstərmişdir. Tələbə Aleksandr onunla Leninqrad şəhərində (Sankt-Peterburq ş.) tanış olmuşdur. Sonralar isə Kabarda-Balkariya kilsələrinin keşişi, mitra qoymağa ixtiyarı olan protoierey İoann Ostapçuk və dağıdılmış Qafqaz monastırlarının rahibləri ona xeyli təsir göstərmişdir.
1975-ci ildə Aleksandr Gennadyeviç rahibliyi qəbul etmişdir. 14 sentyabr 1975-ci ildə Stavropol və Bakı yepiskopu Antoniy (Zavqorodniy) həzrətləri onu ierodyakon din xadimi, daha sonra isə 19 dekabr 1975-ci ildə ierorahib təyin etmişdir. Moskva Dini Seminariyasını qiyabi bitirmişdir. Bir çox illər ərzində Stavropol və Bakı yeparxiyalarında müxtəlif xidmətləri yerinə yetirmişdir.
4 il ərzində Mozdok şəhərinin Uspenski kilsəsində baş keşiş, Şimali Osetiyanın pravoslav kilsələrinin keşişi olmuşdur. Osetiyanın bir çox sakinləri indiyə qədər onu sevgi və ehtiramla yad edir. Alagir şəhərində Kilsənin qayıtmasına və Voznesenski baş kilsəsinin, Vladiqafqazda kilsənin, Pavlodolski kəndində Nikolski baş kilsəsinin və Əbədi Xilaskarın Obrazı kilsəsinin bərpasına köməklik göstərmişdir. Qafqazda xristianlığın tarixi üzrə materialları toplamış və tədqiq etmişdir.
Rusiyada xristianlığın qəbul olunmasının min illiyinin qeyd edilməsi münasibətilə 1998-ci ildə Stavropol şəhərində ona arximandrit rütbəsi verilmişdir. Həmin ilin sentyabr ayında Stavropol və Bakının baş yepiskopu, zat-aliləri Antoninin (Zavqorodniy) başçılığı ilə arximandrit Aleksandr (İşein) Bakı şəhərinə səfər etmişdir. Bakı şəhərinə rəsmi səfər çərçivəsində arximandrit Aleksandr Azərbaycanın hökumət nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam A.Paşazadə ilə rəsmi görüşlərdə, həmçinin Rusiyada xristianlığın qəbul olunmasının 1000 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişdir.
Stavropol Dini Məktəbinin açılışında və onun Dini Seminariyaya çevrilməsində fəal iştirak etmişdir.
4 dekabr 1989-cu ildə arximandrit Aleksandra (İşeinə) ağır itki üz vermişdir – qısa sürən ağır xəstəlikdən sonra onun mənəvi atası baş yepiskop Antoniy (Zavqorodniy) vəfat etmişdir. O, uzun illər ərzində Dağıstan və Azərbaycanda keşişlik etmişdir.
1992-ci ildən başlayaraq Aleksandr (İşein) Azərbaycanın pravoslav prixodlarında keşiş xidməti göstərmişdir. Gəncə şəhəri müqəddəs qanuni knyaz Aleksandr Nevski kilsəsinin baş keşişi olarkən arximandrit Aleksandr (İşein) ibadət və prixod həyatını bərpa edərək, kilsənin bağlanmasının qarşısını almışdır. Bakı şəhərində gələcək Müqəddəs mirra daşıyan qadınlar kafedral kilsəsinin keşişi rütbəsinə təyinat aldıqdan sonra arximandrit Aleksandr böyük səylə dağıdılmış ziyarətgahın bərpası işinə başlamışdır. 1994-cü ilin noyabr ayında gələcək müqəddəs Azərbaycanda fəaliyyət göstərən ən qədim kilsənin – Bakı ş. Mixail Arxangel kilsəsinin baş keşişi təyin olunmuşdur.
1995-ci ildə Aleksandr ata Budyonovsk şəhərinin keşişi təyin olunmuşdur. Həmin dövrdə arximandrit Aleksandrın (İşein) üzərinə ağır yük – Budyonovsk şəhərinin döyüşçülər tərəfindən işğalı dəhşətini yaşamış, hiddətli və kədərli şəhər sakinlərini keşiş sözü ilə sakitləşdirmək, həmçinin terrorçuların əlindən həlak olmuş şəxsləri torpağa tapşırmaq vəzifəsi düşmüşdür.
1995-ci ildə Bakı ş. Müqəddəs Məryəmin Mövludu kafedral baş kilsəsinin keşişi və Azərbaycanda pravoslav prixodların keşişi təyin edilmişdir. Mürəkkəb vətəndaş əhval-ruhiyyələri dövründə bir neçə kilsənin bağlanmasının qarşısını almışdır. Onun səyləri nəticəsində Bakı ş. kafedral baş kilsəsində gündəlik pulsuz yeməklər, uşaqlara və əlillərə maddi yardımlar təşkil olunmuş, uşaqlar üçün bazar günü məktəbi, böyüklər üçün dini məktəb, kilsə kitabxanası açılmışdır.
28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu tərəfindən Bakı yeparxiyasının bərpası haqqında tarixi qərar qəbul olunmuşdur. Yaranan yeparxiyanın sərhədləri Azərbaycan Respublikasını, Dağıstan Respublikasını və Çeçenistan Respublikasını əhatə edirdi. Arximandrit Aleksandr (İşein) “Bakı və Xəzəryanı yepiskop” titulu ilə baş arxierey vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasında bu qərarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ürəkdən dəstəkləmişdir. 13 yanvar 1999-cu ildə Moskva ş. Boqoyavlenski Yeloxovski baş kilsəsində arximandrit Aleksandrın Bakı və Xəzəryanı yepiskopu təyin edilməsi mərasimi keçirilmişdir. Yanvar ayının 14-də Moskva ş. Boqoyavlenski Yeloxovski baş kilsəsində arximandrit Aleksandra Bakı və Xəzəryanı yepiskopu adı verilmişdir. Xirotoniyanı Moskva və bütün Rusiyanın müqəddəs patriarxı II Aleksiy, Krutitsk və Kolomensk mitropoliti Yuvenaliy (Poyarkov), Volokolamski və Yuryevsk mitropoliti Pitirim (Neçayev), Solneçnoqorsk arxiyepiskopu Sergiy (Fomin), Orenburq baş yepiskopu Valentin (Mişuk), İstrinsk arxiyepiskopu Arseniy (Yelifanov), Bronnitsk yepiskopu Tixon (Yemelyanov), Orexovo-Zuyevo yepiskopu Aleksiy (Frolov), Krasnoqorsk yepiskopu Savva (Volkov) icra etmişdir.
O, yepiskop rütbəsini aldıqdan sonra Azərbaycan Respublikasının və Dağıstan Respublikasının ərazisində yeparxiya həyatının bərpası və inkişafı üzrə zəhmətli işə başladı. Yepiskop Aleksandrın zəhməti ilə Bakı, Maxaçqala, Kizlyar, Kaspiysk, İzberbaş, Buynaksk, Dərbənddə keçmişdə dağıdılmış müqəddəs yerlər bərpa olunmuş, dini-əxlaqi məzmunlu dövri mətbuatın və ədəbiyyatın nəşri bərpa olunmuşdur. Onun sayəsində, kilsə rəvayətlərinə görə, müasir Bakı şəhərinin ərazisində şəhid olmuş müqəddəs apostol Varfolomeyin xatirəsi yad edilməyə başladı. Hər il iyun ayının 24-də onun şəhid olduğu yerdə – Qız qalasının ətəyində təntənəli ibadət keçirilir.
22 mart 2011-ci ildə Müqəddəs Sinodun adın və sərhədlərin dəyişdirilməsi ilə bağlı iclasında Bakı və Xəzəryanı yeparxiyasının adı dəyişdirilərək ona Bakı və Azərbaycan yeparxiyası adı verildi, yepiskop Aleksandr isə “Bakı və Azərbaycan” titulunu daşımağa başladı. Bu, dünyəvi hakimiyyət, digər ənənəvi konfessiyaların başçıları və nümayəndələri, Azərbaycanın elmi və mədəni ictimaiyyəti ilə qarşılıqlı münasibətlərə daha çox diqqət yetirməyə, dinlərarası və millətlərarası dialoqun, habelə Azərbaycanın multikulturalizm modelinin möhkəmləndirilməsində daha da əzmlə iştirak etməyə imkan yaratdı.
18 iyul 2012-ci ildə Müqəddəs-Üç üqnum Sergiyev Lavrasının Uspenski baş kilsəsində Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı Kiril Bakı və Azərbaycanın yepiskopu Aleksandr həzrətlərinə arxiyepiskop rütbəsini verdi.
“Özünü bütövlüklə Azərbaycan xalqına bağlayaraq” və bütün qəlbi ilə onun ruhuna, mədəniyyətinə və tarixinə hörmət bəsləyərək, baş yepiskop Aleksandr Rus Pravoslav Kilsəsinin arxipastırı kimi Azərbaycan və rus xalqlarının dostluğunu möhkəmləndirərək, Azərbaycan və Rusiya naminə fədakarcasına çalışmışdır.
Hökumət və kilsə mükafatları ilə təltif edilmişdir:
dünyəvi
- “Şöhrət” ordeni (Azərbaycan Respublikası);
- “Dostluq” ordeni (Azərbaycan Respublikası);
- “Drujba” ordeni (Rusiya Federasiyası);
- Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu.
kilsə
- Mübarək Sergiy Radonejskinin II dərəcəli ordeni;
- Müqəddəs qanuni knyaz Daniil Moskovskinin III dərəcəli ordeni;
- Moskva və Kolomensk mitropoliti, müqəddəs İnnokentinin II dərəcəli ordeni;
- Mübarək Yefrosiniya Polotskayanın Xaçı ordeni (Belarus ekzarxatı);
- Müqəddəs Mark Efesskinin I dərəcəli medalı (MP XKƏŞ).
Arxiyepiskop Aleksandr 10 iyun 2021-ci ildə ağır və uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. 13 iyun 2021-ci ildə Müqəddəs mirra daşıyan qadınlar Bakı kafedral kilsəsində onun ölü duası oxundu. Dəfn mərasiminə Moskva Patriarxının işlər müdiri mitropolit Voskresenski Dionisiy (Porubay) rəhbərlik etmişdir. Ona Kazan və Tatarıstan mitropoliti Kiril (Nakoneçnıy), Lipetsk və Zadonsk mitropoliti Arseniy (Yelifanov), Bakı yeparxiyasına müvəqqəti başçılıq edən Pyatiqorsk və Çerkessk arxiyepiskopu Feofilakt (Kuryanov) xidmət göstərmişdir.
Dinlərarası və millətlərarası dialoqun möhkəmləndirilməsi, Azərbaycanın multikulturalizm modeliunin inkişafı, Azərbaycan və rus xalqları arasında dostluğun möhkəmləndirilməsi işində Azərbaycan qarşısında görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı və Azərbaycanın baş yepiskopu Aleksandr 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
Bakı və Xəzəryanı yepiskopu Mitrofan (Polikarpov) (1871-1934)
Yepiskop Mitrofan (Nikolay İvanoviç Polikarpov) 1 aprel 1871-ci ildə Voronej quberniyasının Nijnedevitski uyezdinin İstoçnoye kəndində anadan olub. Atası İvan Petroviç Polikarpov (?
Protoierey Aleksandr İvanoviç Yunitskiy (1855-1940)
11 may 1855 ildə Penza vilayətinin Golovinşino kəndində bir keşişin ailəsində anadan olmuşdur. Penza şəhərinin dini məktəbini (1871) və Penza Dini
İman uğrunda öldürülmüş keşiş İoann Qançev (1878-1937)
Min il əvvəl Qədim Rusiya Məsihin təlimini qəbul etdi. O vaxtdan bəri Rus Pravoslav Kilsəsi saysız-hesabsız kəramətli, abid və saleh şəxslərin şücaəti
Populyar Xəbərlər
Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin ...
Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 8-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...
9 avqust - Böyük Şəhid Panteleymonun xatirəsi günüdür
Avqustun 9-da Kilsə müqəddəs böyük şəhid və təbib Panteleymonu izzətləndirir. Müqəddəs Panteleymon saleh həyatı, Məsih uğrunda şəhid olması və bir çox möcüzələri ilə tanınıb. İnsanlar ənənəvi olaraq ona ...