Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib
2025-ci il mayın 4-də, Pasxa dövrünün 3-cü Rəbb günü, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. İbadət zamanı Zati-Müqəddəslərini müşayiət ediblər: Bakı və Azərbaycan yepiskopu Aleksiy; Patriarx Müqəddəslərinin şəxsi katibi, Ramensk yepiskopu Aleksiy; Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin fəxri baş keşişi protoiyerey Leonid Miltıx; Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov; iqumen Kirill (Nikitin); Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi protoiyerey Aleksandr Novikov; Bakı yeparxiyasının ruhaniləri.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M.N. Yevdokimov, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri D.L. Pineviç, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov ibadət zamanı kilsədə olublar.
Liturgiya ilahiləri Azərbaycan Respublikasının əməkdar artisti Vaqif Məstanovun rəhbərliyi ilə Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin arxiyerey xoru tərəfindən ifa olunub. Liturgiyada yerli kazak icması, Bakı yeparxiyasının gənclər və ictimai təşkilatlarının nümayəndələri dua ediblər. İbadət “Soyuz” və “Spas” telekanallarında, eləcə də Rus Pravoslav Kilsəsinin Patriarhia.ru rəsmi saytında canlı yayımlanıb. Həmçinin ibadətdən canlı yayım kafedral kilsəsinin ərazisində quraşdırılmış böyük ekranlarda nümayiş etdirildi. İncil Azərbaycan və kilsə slavyan dillərində oxunmuş, bəzi dualar və ilahilər azərbaycan dilində oxunmuşdur. Birlik ayinindən öncə vəzi Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev oxudu.
Liturgiyanın sonunda Bakı və Azərbaycan yepiskopu Aleksiy Patriarx Müqəddəslərini salamladı və Bakı Yeparxiyası tərəfindən nəşr edilmiş Azərbaycan dilində ilk İbadət İncilin nüsxəsini Zati-Müqəddəslərinə təqdim etdi. Patriarx Kirill mərasim iştirakçılarına Böyük Öndər nəsihəti ilə müraciət etdi. Patriarx Müqəddəsləri yepiskop Aleksiyə xaç və panagiya hədiyyə etdi və kilsəyə Məsihin Dirilməsi ikonasını bağışladı.
Şövqlü arxıpastır əməyini nəzərə alaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Bakı və Azərbaycan yepiskopu Aleksiy 3-cü dərəcəli Müqəddəs Sarovlu Serafim ordeni ilə təltif edildi.
İmanlılara Patriarx xeyir-duası ilə Məsihin Dirilməsi kiçik ikonaları hədiyyə edildi. Daha sonra Bakı yeparxiyasının Pravoslav Dini-Mədəni mərkəzində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri M.N. Yevdokimov ilə görüşdü.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.12.2025
14Arxiyerey məktəblilərlə görüşüb
Sumqayıt orta məktəblərinin şagirdləri valideynlərinin müşayiəti ilə Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət ediblər. Qonaqları kilsə ilə protoiyerey Andrey Bezotosnıy tanış etdi. Kilsə boyu
21.12.2025
15Bakı Yeparxiyasının Dini- Mədəni Mərkəzində gənc rəssam əsərlərindən ibarət sərgi keçirilib
Bakı Yeparxiyasının Pravoslav Dini- Mədəni Mərkəzində istedadlı gənc rəssam Elnarə (Mariya) Səfərovanın əsərlərindən ibarət sərgi keçirilib. Elnarə Səfərova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar
21.12.2025
16Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün (Pentikost) bayramından sonra 27-ci Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri
Populyar Xəbərlər
27.10.2025
80Tələbələr Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər
Azərbaycan Dillər Universitetinin tələbələri Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər. Tələbələri kilsədə iyerey Roman Çertıkov qarşılayıb, onlar üçün kilsədə ekskursiya keçirib və ...
02.11.2025
74Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib
Noyabrın 2-də Kilsə müqəddəs şəhid İoann Qançevin xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad ...
09.11.2025
67Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonrakı 22-ci Rəbb günü, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...