Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı Yeparxiyasının Dini- Mədəni Mərkəzində gənc rəssam əsərlərindən ibarət sərgi keçirilib

Bakı Yeparxiyasının Dini- Mədəni Mərkəzində gənc rəssam əsərlərindən ibarət sərgi keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini- Mədəni Mərkəzində istedadlı gənc rəssam Elnarə (Mariya) Səfərovanın əsərlərindən ibarət sərgi keçirilib. Elnarə Səfərova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqı tərəfindən keçirilən Gənc Rəssamlar Müsabiqəsinin qalibi və Paris, Padua, Venesiya və Afinada keçirilən beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın sərgidə nümayiş olunan rəsmləri onun yaradıcılıq inkişafının müxtəlif mərhələlərini əks etdirir və müxtəlif texnikalarda — abstraksiya, impressionizm və klassik təsvir üslubunda çəkilib. 

Bakı və Azərbaycan yepiskopu Aleksiy tədbiri açaraq Mariyaya yaradıcılıq işlərində uğurlar arzuladı və xristianın Allah  tərəfindən verilən istedadlarını inkişaf etdirməsinin vacibliyini vurğuladı. Bakı Yeparxiyasının gənclər şöbəsinin rəhbəri, protoiyerey Dionisiy Sveçnikov gənc rəssamı toplaşanlara təqdim etdi və sərgi ideyasının necə yarandığından danışdı. Mariya Səfərova, yaradıcılıq yolu və sərgidə nümayiş olunan əsərlər haqqında danışdı.

Tədbir Bakı Yeparxiyasının gənclər şöbəsi tərəfindən təşkil edilmişdir.



Xəbərlər


Bölmənin digər xəbərləri

Arxiyerey məktəblilərlə görüşüb
21.12.2025
4

Arxiyerey məktəblilərlə görüşüb

Sumqayıt orta məktəblərinin şagirdləri valideynlərinin müşayiəti ilə Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət ediblər. Qonaqları kilsə ilə protoiyerey Andrey Bezotosnıy tanış etdi. Kilsə boyu

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
21.12.2025
9

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün (Pentikost) bayramından sonra 27-ci Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri

Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib
20.12.2025
20

Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib

Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində tarixdə ilk dəfə azərbaycan dilində İlahi Liturgiya keçirildi. Dua və liturgiya mətnlərinin Azərbaycan dilinə tərcüməsi 2022-ci ildə Bakı Yeparxiyasının rəhbəri,

Xəbərlər

Populyar Xəbərlər

Tələbələr Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər
27.10.2025
79
Yeparxiya xəbərləri

Tələbələr Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər

Azərbaycan Dillər Universitetinin tələbələri Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər. Tələbələri kilsədə iyerey Roman Çertıkov qarşılayıb, onlar üçün kilsədə ekskursiya keçirib və ...

Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib
02.11.2025
73
Yeparxiya xəbərləri

Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib

Noyabrın 2-də Kilsə müqəddəs  şəhid İoann Qançevin  xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
09.11.2025
66
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pentikost bayramından sonrakı 22-ci Rəbb günü, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...

Xəbərlər