Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib

Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib

Noyabrın 2-də Kilsə müqəddəs şəhid İoann Qançevin xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad İlahiyyat Seminariyasında alıb və 1910-cu ildə oranı bitirdikdən sonra keşişliyi qəbul edib. Sonra ruhani rəyasətin xeyir-duası ilə uzaq Azərbaycanda keşişlik etməyə getmiş, burada Bakı quberniyasının Quba rayonunun Aleksandrovka kəndində Allahın Əqdəs Validəsinin "Boqolyubskaya" ikonasının şərəfinə kilsənin baş keşişi, Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi və Lənkəran şəhərinin yaxınlığında yerləşən Prişıb kəndinin Allahın Əqdəs Validəsinin "Bütün kədərlilərin sevinci" ikonasının şərəfinə kilsənin baş keşişi vəzifələrində xidmət etmişdir. 1933-cü ildə ata İoann əksinqilabi və cəsusluq fəaliyyət haqda saxta ittihamlarla həbs edilir və Qazaxıstana sürgünə göndərilir. Sürgündən qayıdarkən yenidən həbs edilir və 1937-ci il oktyabrın 31-də edama məhkum edilir.  Hökm noyabrın 2-də icra olundu.  

2000-ci ildə Rus Pravoslav Kilsəsinin Yepiskoplarının Yubiley Şurasında keşiş İoann İlyiç Qançev Rus Kilsəsinin XX əsrdə Yeni Şəhidləri və İqrarçıları içində müqəddəs elan olundu. Bakı yeparxiyasında müqəddəs şəhidin xatirəsi ənənəvi olaraq noyabrın 2-nə ən yaxın bazar günü qeyd edilir. 

Bayram günü Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadətin sonunda yepiskop Aleksiy həzrətləri toplaşanlara Bakı presviteri, şəhid İoannın həyatı və göstərdiyi şücaəti  mövzusunda xütbə ilə müraciət etdi.



Xəbərlər


Bölmənin digər xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
2

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
12.07.2026
2

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib

Müqəddəs şanlı və həmdəlayiq ali həvarilər Peter və Paulun xatirəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib.

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
6

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs

Xəbərlər

Populyar Xəbərlər

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur
22.05.2026
81
Yeparxiya xəbərləri

Xaçmaz şəhəri Ecazkar Nikolay kilsəsinin 80 yaşı tamam olur

Mayın 22-də Xaçmaz şəhərindəki Müqəddəs Ecazkar Nikolay  kilsəsində taxt-tac bayramı və kilsənin yaranmasının 80 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Ecazkar Nikolay kilsəsi 1946-cı ildə yerli ...

20 may - Pasxa bayramın son günüdür
20.05.2026
76
Yeparxiya xəbərləri

20 may - Pasxa bayramın son günüdür

Pasxa bayramının son günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda bu ilin son Pasxa dini yürüşü həyata ...

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib
26.05.2026
73
Yeparxiya xəbərləri

Azərbaycandan olan kilsə xoru beynəlxalq kilsə musiqisi festivalında iştirak edib

Mayın 20-dən 24-dək Polşanın Belostok şəhərində Polşa Prezidentinin və Polşa Bəstəkarlar İttifaqının himayəsi altında “Kilsə Musiqisi” Fondu tərəfindən təşkil olunan 45-ci Yubiley Beynəlxalq “Haynuvka 2026” Kilsə Musiqisi ...

Xəbərlər