Patriarxın müraciətləri

Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Rus Pravoslav Kilsəsinin arxipastırlarına, keşişlərinə, dyakonlarına, rahiblərinə və bütün sadiq övladlarına Milad müraciəti

Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Rus Pravoslav Kilsəsinin arxipastırlarına, keşişlərinə, dyakonlarına, rahiblərinə və bütün sadiq övladlarına Milad müraciəti

Ey Tanrının sevimlisi arxipastırlar,

möhtərəm presviterlər, Tanrı aşiqi rahib və rahibələr,

əziz qardaş və bacılar!

 

 Diləgətirilməz Tanrı sevgisi bu gün bizi bir yerə toplayıb ki, ruhun birliyində və sülh bağı ilə (Ef. 4, 3) Kilsənin ən təntənəli və eyni zamanda ən mübhəm bayramlarından birini – Rəbbimiz İsa Məsihin Miladını qarşılayaq. Xilaskarın dünyaya gəlməsinə şükr edərək sizin hamınızı, mənim əzizlərim, Allah ilə bəşər arasında münasibətlərdə yeni dövrün başlanğıcını qoymuş bu sevindirici hadisə münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Hər dəfə iki min əvvəl baş vermiş hadisəyə diqqət yetirərək biz Allahın Təcəssümü möcüzəsinin əzəmətini anlamaq istəyirik və Xaliqin lütf və mərhəməti qarşısında heyrətimiz bitib tükənmir. Bəşər uzun əsrlər boyu həsrətlə Tanrının vəd verdiyi Barışdırıcını (Yar 49, 10): adına xalqların təvəkkül edəcəyi (Yş. 42, 4) saleh və xilaskar Çarı (Zək. 9, 9)  gözləyirdi. Və budur, nəhayət, dolğun zaman yetişdi, Ona iman etmiş hər bir kəsin həlak olmaması, əbədi həyat qazanması üçün (Yh. 3, 16) Körpə dünyamıza qədəm qoydu (Yş. 9, 6). İdrakın fövqündə olan (Ef. 3, 19) Tanrı sevgisi dünyaya insanların hesab etdiyi kimi, nə şəfaətçi, nə mələk, nə də güclü və əzəmətli hökmdar göndərmədi, insanı günahın və şərin əsarətindən xilas etmək üçün Tanrı özü təcəssüm etdi.

Əhdi-Ətiq peyğəmbərlərinin bildirdiyi və hətta qədim dövrün görkəmli mütəfəkkirlərinin belə qabaqcadan gördükləri tarixin ən böyük hadisəsinin belə təvazökar və zahirən gözəgörünməz şəkildə baş verməsi heyrətə layiqdir. Beyt-ləhm yatırdı. Yerusəlim yatırdı. Bütün Yəhudiyyə yatırdı. Külli-İxtiyar Rəbb – padşahların Şahı və Kainatın Hökmdarı – dünyaya sur səsinin təntənəli sədaları altında (Mz. 150, 3) və ümumi sevinclə deyil, təvazökarlıqla və həlimliklə, mələklər ordusu və nə baş verdiyini görməyə gələn (Lk. 2, 15) bir neçə çoban tərəfindən oxunan nəğmə ilə tənha bir mağarada gecənin sükutunda qədəm qoydu.

Özünün dünya yolçuluğunun lap başlanğıcında Tanrı “nüzul həddində fəzilət surətini göstərmək” istəyir, - deyə müqəddəs İohann Xrizostom (Qızıldodaq) bəyan edir. Bu alicənablıq yalnız özü üçün heç nə güdməyən (1 Kor. 13, 4 - 5), özünü nümayiş etdirməyən, hörmət və şərəf ummayan, amma yaxınları üçün bütün əzablara və məhrumiyyətlərə dözməyə hazır olan xalis eşqə məxsus ola bilər. “Məhz bu səbəbdən, - deyə böyük Kilsə müəllimi davam edir, - Rəbb mənim bədənimi qəbul edir ki, mən Onun Sözünü özümdə ehtiva edə bilim və mənim cismimi qəbul etməklə mənə Öz Ruhundan verir ki, həm verərək, həm də qəbul edərək həyat xəzinəsini mənə bəşx edə bilsin” (İsa Məsihin Miladında vəz). Allahın tükənməz məhəbbəti bizim üçün burada açıldı, biz həqiqi həyat xəzinəsini –Rəbbin Özünü aldıq: O Rəbbid ki, hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu (Rom. 11, 36).

Eşq Allahın etdiklərinin əsil səbəbi və hərəkətverici qüvvəsidir. O, aləmi vara gətirdi və insanı xəlq etdi, ona öz lütfündən ehsan elədi. İnsan öz Tanrısı ilə ünsiyyətdən uzaqlaşanda O, bəndəsini sevdiyinə görə onu xilas etmək üçün gəldi. Yaradanın təqdirinə görə insan həyatının bütün mənası bizim bir birimizi sevməyimizlə (Yh. 14, 34) təşəkkül tapır. Bu qədər zülmün və nifrətin tüğyan etdiyi bu dünyada buna necə nail olaq? Bunun üçün ilk növbədə biz qəlbimizi açıb Rəbbə verməliyik. Yalnız O, bu qədər zəif və zəlil olan qəlbimizi dəyişdirib genişləndirə bilər ki, bu qəlbdə yaxınlara, yadlara, üzümüzə xoş baxanlara, xor baxanlara, bizi incidənlərə, yəni Məsihin Əmrinə görə Səma Atamızın kamilliyinə  təqlid edərək (Mf. 5, 48) sevməli olduğumuz hər bir kəsə yer olsun.    

Yeni doğulmuş İlahi Körpə qarşısında dua edərək, gəlin Kainatın Sahibinə hansı hədiyyəni təqdim edəcəyimizi düşünək? Əbədi Yaradanın əzəmətinə layiq və mütənasib bir şey ola bilərmi? Bəli, Rəbbin ən çox istədiyi qiymətli hədiyyə var: bizim təvazökar, sevən və mərhəmətli qəlbimiz. Gəlin Təcəssüm etmiş Məsihi təkcə gözəl mahnılar və təbrik mesajları ilə deyil, hər şeydən əvvəl yaxşı əməllərlə izzətləndirək. Gəlin, parlaq Milad sevincini ehtiyacı olanlarla bölüşək, yaxınlarımızı qayğımızla isidək, xəstələri və dərdli insanları ziyarət edək. Gəlin, qəmginlərə təsəlli verək və onlara dəstək olaq, çaşqınlıq və kədər içində olanların hamısı üçün dua edək. 

Sevginin böyük xilasedici gücü laqeydlikdən və qəzəbdən şəfa verir, nifrət və kin-küdurəti sağaldır. Qəlbi bərkimişlərin əxlaqını yumşaldır, ictimai münasibətlərin bir çox əyriliklərini düzəldir! Əgər bu yolla getsək, biz yüksək məsihi vəzifəmizi həqiqətən yerinə yetirmiş olarıq, çünki Müqəddəs Süryani İshaqın sözünə görə, bu sevgi paylaşımı ilə biz Tanrıya oxşamış oluruq (Fədakarlıq kəlamları 48).

Allah Mücəssəməsinin sirri Onun dünyada gerçək mövcudluğunun sirridir. Həvari və Müjdəçi Yəhya gələcək əsrin həyatını qabaqcadan görərək, Rəbbin insanlarla tam birlikdə olacağını qeyd edir: “Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaqlar və Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq” (Vəhy 21:3). Bununla belə, Allahın aramızda olmasının bu izaholunmaz sirri burada, yer üzündə həyata keçməyə başlayır, çünki Xilaskarın Doğuşu ilə vaxt tamamlandı və Səmavi Padşahlıq yaxınlaşdı (Mk. 1, 15). Biz Məsihin Vahid Müqəddəs Kilsəsini təşkil edərək aşkar şəkildə bu reallığa daxil oluruq, onun vasitəsilə hamımız, mənim əzizlərim, bu Ən Ali məhəbbət Çarlığının elçiləri və nümayəndələriyik. Bu heyrətamiz və dərin “Allah bizimlədir” təcrübəsi Kilsənin sirli, mübhəm həyatının mahiyyətini təşkil edir.

Yadda saxlayaq ki, əgər Aləmlərin Sahibi Özü - Alfa və Omeqa, əzəl və axir, ilk və son (Vəhy 22, 13) bəşər tarixini Öz ağuşuna alıb və dünyanın sonuna qədər həmişə bizimlə olacağını vəd edibsə (Mf. 28, 20), deməli zəmanəmizin bu narahat halətindən qorxmamalı və naümid olmamalıyıq. Xilaskarın böyük məhəbbətinə cavab verərək, gəlin özümüzü tamamilə Rəbbə etibar etməyi və Onun sonsuz Ədalətinə təvəkkül etməyi öyrənək ki, hətta Məsihin İkinci əzəmətli gəlişinə qədər hətta yer üzünün sonuna qədər (Yeşaya 8:9) ), cəsarətlə və sevinclə şahidlik edək ki,

Allah bizimlədir!

 

KİRİLL

MOSKVANIN  VƏ BÜTÜN RUSİYANIN PATRIARXI

 

Məsihin Miladı

2023 / 2024-cü il.

Moskva



Xəbərlər


Bölmənin digər xəbərləri

Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Arxipastırlara, keşişlərə, dyakonlara, Rus Pravoslav Kilsəsinin rahiblərinə və bütün sadiq övladlarına Pasxa müraciəti
15.04.2023
234

Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Arxipastırlara, keşişlərə, dyakonlara, Rus Pravoslav Kilsəsinin rahiblərinə və bütün sadiq övladlarına Pasxa müraciəti

Tanrının sevimli arxipastırları, hörmətli presviterlər və dyakonlar, möhtərəm atalar, dürüst rahib və rahibələr, əziz qardaş və bacılar!  

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin  Rus Pravoslav Kilsəsinin arxipastırları, keşişləri, dyakonları,  rahibləri və bütün sadiq övladlarına  Milad müraciəti
06.01.2023
333

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin arxipastırları, keşişləri, dyakonları, rahibləri və bütün sadiq övladlarına Milad müraciəti

Əziz Tanrı aşiqləri arxipastırlar, möhtərəm atalar, tanrısevər rahib və rahibələr, əziz qardaş və bacılar!   Səma və yer Kilsəsinin icma

Moskva və bütün Rusiya Patriarxı Kirilin  Milad bayramı münasibətilə  arxipastırlara, keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav Kilsəsinin sadiq övladlarına müraciəti
06.01.2022
461

Moskva və bütün Rusiya Patriarxı Kirilin Milad bayramı münasibətilə arxipastırlara, keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav Kilsəsinin sadiq övladlarına müraciəti

Rəbbin sevimli arxipastırları, namuslu keşişləri və diakonları, Allahı sevən rahiblər və rahibələr, əziz qardaşlar və bacılar!   Mən böyük

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
495
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
440
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
339
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər