Simalarda tarix

Bakı və Xəzəryanı yepiskopu Mitrofan (Polikarpov) (1871-1934)

Bakı və Xəzəryanı yepiskopu Mitrofan (Polikarpov) (1871-1934)

Yepiskop Mitrofan (Nikolay İvanoviç Polikarpov) 1 aprel 1871-ci ildə Voronej quberniyasının Nijnedevitski uyezdinin İstoçnoye kəndində anadan olub. Atası İvan Petroviç Polikarpov (? - 1885) iyirmi ildən çox yerli Pokrovski Kilsəsində keşiş kimi xidmət etmişdir. Kilsə əhli onu “onlarla mehriban rəftarına, sadəliyinə və ayıqlığına görə” sevirdi. Nikolay Polikarpovun təhsili ruhan uşaqları üçün ənənəvi olan təhsil idi: Voronej İlahiyyat Məktəbi (1885), İlahiyyat Seminariyası (1891). O, həmin dövrdə akademik təhsil almamış, ilahiyyat məktəbinin hazırlıq sinfində müəllim olmuşdur. 1895-ci ilin avqustunda o, öz doğma məktəbinə nəzarətçi vəzifəsinə qəbul olundu. 1900-cü ildə seminariyanı tərk etdikdən sonra yeparxiya məktəbi şurasının üzvü - katibi oldu. Kollegial məsləhətçi, Müqəddəs Stanislav və Müqəddəs Anna ordenləri almış ruhaninin xidməti siyahısı 1915-ci ilə qədər dəyişməz qaldı.

1890-cı illərin əvvəllərində Nikolay Polikarpov Korotoyakski uyezdinin Qolışevka kəndindəki Arxangelsk kilsəsi keşişinin qızı Sofya Andreyevskaya ilə evləndi, onların Vladimir və Sergey oğulları dünyaya gəldi. Polikarpovun bacanağı İvan Ardalionoviç Andreevski (1875-1961) sonralar katakomba kilsəsinin məşhur din xadimi, din məzlumu və uzun müddət Stalin düşərgələrinin əsiri olmuşdur.

Nikolay İvanoviç Polikarpov iyirmi il ərzində Alisova-İvanovskaya qadın məktəbində (sonra Stepantsova gimnaziyası) və Sobkeviç pansionunda Tanrı Qanunundan dərs deyirdi.

Yepiskop Mitrofan (Polikarpov) bütün həyatı Voronej xalqının qarşısında keçən ilk iyerarx olub. Kilsə tarixçisi və müəllimi ruhani yoluna qədəm qoyur və bu, dindarlar üçün ən əlverişsiz vaxtlarda baş verir.

Seminarist olan gələcək müqəddəs özünü istedadlı tədqiqatçı və əla tarixçi kimi göstərdi. Bütün həyatı boyu o, 1832-ci ildə kanonlaşdırılmış ilk Voronej yepiskopu - Müqəddəs Mitrofanın həyat və fəaliyyətini öyrənir. Ona çoxlu məqalələr həsr edir, I Pyotr ilə münasibətlərini ətraflı araşdırır, müqəddəsin Sinodikini nəşr və şərh edir.

İyirmi beş illik diyarşünaslıqla məşğul olması Polikarpovu yerli kilsə keçmişinin dərin bilicisinə çevirir. Təsadüfi deyil ki, V.V. Litvinov 1909-cu ildə onu “tarix və antik dövrün ən zəhmətkeş tədqiqatçısı” adlandırdı. Onun əsərləri “tarixi materialın çatdırılmasında son dərəcə diqqətlə işlənməsi, sənədli olması” ilə seçilirdi.

1915-ci il N.İ. Polikarpovun taleyini kəskin şəkildə dəyişdirdi. Həmin ilin yayında oğlu, orduya qədər Hərbi Tibb Akademiyasının tələbəsi olmuş gizir Vladimir Polikarpov cəbhədə həlak olur. Voronejdə Çuqunovskoye qəbiristanlığında dəfn edilir. Tarixçinin ikinci oğlunun və həyat yoldaşının taleyi barədə bizə heç nə məlum deyil.

1915 və ya 1916-cı illərdə (sənədlərdə müxtəlif tarixlər verilir) N.İ.Polikarpov Kiyev İlahiyyat Akademiyasına daxil olur. Orada olduğu dövr inqilab, hakimiyyət dəyişikliyi və imperiyanın dağılması ilə eyni vaxta düşür. 1919-cu ildə ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi ilə təhsilini tamamlayır. Dərhal Voronejə qayıda bilmir, Kiyevdə rastına çıxan işlərlə məşğul olmağa dolanmalı olur: səpmə yatalaq xəstəxanasında kargüzar işləyir, sonra meşə gimnaziyasında və fəhlə məktəbində dərs deyir.

16 mart 1922-ci ildə “öz günahlarını, ölmüş valideynlərinin və övladlarının günahlarını yumaq istəyən” N.İ. Polikarpov Kiyev-Peçora Lavrasında onun üçün çox əziz olan Mitrofan adı ilə rahibliyi qəbul edir. İki il ərzində o, lazımi rahiblik vəzifələrini - rahib, iyerodyakon, iyeromonax keçir. Elə həmin illərdə (1921-1923) rahib Mitrofan əvvəlki peşəkar biliklərini xatırlamaq imkanı qazanır. O, Lavrada xidmət etməklə yanaşı, Ümumukrayna Elmlər Akademiyasında elmi işçi olur, amma elmi işin mahiyyəti isə bizə hələ də məlum deyil.

İyeromonax Mitrofan həmyerliləri ilə yazışır və onlara Voronejə qayıtmaq arzusunu bildirir. 1923-cü ilin avqustunda baş yepiskop Vladimirə (Şimkoviçə) göndərdiyi məktublardan ikisi çekistlər tərəfindən ələ keçirilir və əməliyyat işində istifadə edildi. Patriarx Tixonun (Belavin; 1925; sonralar müqəddəs – tövbəkar) tabeliyində qalan və yenilikçilərə qarşı mübarizə aparan yeparxiyaya rəhbərlik edən Vladimirə müraciətin özü Polikarpovun mövqeyini ortaya qoyur. O, Voronejdə Troitski kilsəsi ilə Mitrofanovun monastırı – “canlı kilsə xadimlərinin iki ən mühüm mərkəzi” arasında yerləşən Odigitriyevsk kilsəsinin keşişi olmağa ümid edirdi.

5 oktyabr 1923-cü ildə Müqəddəs Sinodun iclasında iyeromonax Mitrofan Buturlinovski yepiskopu, Voronej yeparxiyasının vikarisi seçildi.

7 yanvar 1924-cü ildə Moskva şəhərində Patriarx Tixon həzrətləri tərəfindən Buturlinovski yepiskopu təyin edildi. 1 fevral 1924-cü ildə Yepiskop Mitrofan Voronejə gəldi. Əvvəlki fəaliyyəti ilə yaxşı tanınmış bir adamın şəhərdə peyda olması yenilikçiləri təşvişə saldı və onlar, sadəcə olaraq, onu gizli məktub yağışına tutur.

Artıq fevralın ortalarında yepiskop Mitrofan çekistlər tərəfindən axtarışa verilir (onun yaşaya biləcəyi bir neçə ünvan var idi: Staro-Konnaya meydanındakı kilsə, qaynı İvan Andreevskinin evi və qardaşı Fyodor Polikarpovun mənzili). Bu zaman onu Solntse Svoboda küçəsi, ev 44, Domaşevin mənzili ünvanında tapırlar. Onlar yepiskopdan Voroneji tərk etməmək barədə iltizam alırlar. Bununla əlaqədar tərtib olunan anketdə o, kilsənin ayrılması haqqında fərmanla bağlı öz münasibətini bildirir: dövlət tərəfindən o, fərmanı qanunauyğun, kilsə üçün üçünfaydalı hesab edir.

Lakin Polikarpovun hakimiyyətə loyal münasibətlə bağlı sözləri Mitrofanov monastırının yenilikçi keşişlərinin onun təkcə “Canlı kilsəyə” qarşı deyil, həm də

“sovet hökumətinə və bolşevik partiyasına qarşı “ara qatması” barədə ittihamları ilə müqayisədə çox az məna kəsb edirdi.” Onlar inandırırdı ki, “Polikarpov Moskvadan keçmiş Patriarx Belavindən qızıl xaçlar gətirib ki, kommunistlərə qarşı təbliğat aparmaq üçün keşişlərə rüşvət versin. O artıq xaçın birini qaynı, keşiş İvan Andreyevskinin boynuna taxıb”. Çekistlər çox baş sındırmadan yepiskop Mitrofana “rahib” ləqəbi verir və onu gizli nəzarətə götürür. Fakt daxılı çox sürətlə dolurdu. 9 mart: Pokrovski monastırının kilsəsində axşam vaxtı antisovet məzmunlu xütbə söylədi. Əksinqilabçı keşiş Stefan Şirkeviç “onu təqdir edirdi”. 10 mart: Patriarx Tixonun Buturlinovkaya gəlişi gözlənilir. Köhnə günlərə qayıtmaq istəyən bir çox kilsə sovet hakimiyyətinə sadiq olan keşişlərdən imtina edir. 14 mart: Nijnedevitski uyezdində Novaya Olşankada yaşayan arximandrit İona ilə birlikdə Voskresensk kilsəsində ibadət etdi. İona çoxdan şübhə altında, 1923-cü ilin yayında o, Patriarxı görmək üçün Moskvaya piyada getdi, Sarov çöllüyündə oldu, yaxınlıqdakı kəndlərdə Sovet hakimiyyətinə qarşı tixonçuları təbliğ etdi.

Çekistlər apardıqları müşahidə nəticəsində belə nəticəyə gəlir: “Yepiskop Mitrofanın sərəncamlarında ilə canlı kilsə xadimlərinə, kommunistlərə və mülki həyatda mövcud olan yeni nizama qarşı yönəlmiş sistemli fəaliyyət özünü büruzə verir. Voronejdəki bütün kilsələrdə kommunistlərdən qorxmayan və öz inancına görə din yolunda ölmə tacını qəbul etməyə hazır olan igid iman xilaskarı barədə söhbətlər gedir.

Yepiskop Mitrofanın hərəkətlərinin kilsə həyatının hüdudlarından kənara çıxmadığını və yığılan kompromatın əhəmiyyətsiz olduğunu dərk edən çekistlər ona Voroneji tərk etməyi təklif edir, əks halda həbslə hədələyirlər. 13 mart 1924-cü ildə yepiskop XDSİ-nə ərizə təqdim edir və bildirir ki, Tanrı qarşısında borcu ona həbsdən qaçmaq və yalnız şirin canını xilas etmək üçün sürüsünü tərk etmək imkanı vermir. 22 martda Voronejdə iki ay yaşamamış Mitrofan həbs olunur. Dindirmələr formal xarakter daşıyır, o, özünü təqsirli bilmir. 8 apreldə Məhbuslar evində o, həkim müayinəsindən keçir və belə rəy verilir: “şimala gedə bilər”. Ertəsi gün istintaqın başa çatması xəbəri yayılır. İttiham aktında Polikarpovun işini Arxangelsk düşərgəsində üç il müddətinə həbs edilməsi üçün xüsusi iclasa göndərilməsi nəzərdə tutulurdu.

Yepiskop Mitrofan Voronej şəhərindən Samara vilayətinin Buqulma şəhərinə sürgün edilir. 20 yanvar 1925-ci ildə Buqulma yepiskopu, Samara yeparxiyasının vikarisi təyin olunur. Bir müddət o, müvəqqəti olaraq Kazan yeparxiyasına rəhbərlik edir.

Yepiskop Mitrofanın taleyində gözlənilmədən dəyişikliklər baş verir, 1925-ci ildə o yenidən həbs edilir. Onu Butırkiyə göndərirlər, istintaq bir neçə dəfə uzadılır, hətta Moskvanı tərk etməmək barədə iltizamla sərbəst də buraxılır. Xüsusi Yığıncaq yalnız 19 iyun 1925-ci ildə qərar qəbul edir və keşiş üç il müddətinə Orenburq vilayətinə sürgün olunur. 1928-ci ilin fevralında o vaxtından əvvəl azadlığa buraxılır və öz mülahizəsinə uyğun olaraq yaşayış yerini seçmək imkanı verilir.

1928-ci ilin sentyabrında yepiskop Mitrofan Moskvaya gəlir və Danilov monastırında məskunlaşır.

1931-ci ildə Bakıda qalmaqla Bakı-Xəzər idarəsinə təyin olunur. O, Tixon icması adlanan Uspensk pravoslav icmasına rəhbərlik edir. Müasirlərinin xatirələrinə görə, yepiskop Mitrofan qısa boylu idi, əla vaiz idi və möminlər arasında böyük hörmətə malik idi, bu da yenilikçilərin şiddətli nifrətinə səbəb olur. Keşiş Mitrofan çox nadir hallarda ibadət edirdi, lakin tez-tez insanlara moizə edirdi. O, tez-tez möminlərlə Müqəddəs Yazı mövzularında söhbətlər aparır və bu söhbətlərdə bibliya nümunələrindən istifadə edərək icmanı səbirli və cəsarətli olmağa çağırırdı.

İmperator I Pyotrun xatirəsinə dediyi sözlərə və anım mərasimində onun adını yad etdiyinə görə o, əksinqilabi fəaliyyətdə ittiham olunur və 29 yanvar 1933-cü ildə həbs edilir.

Mayın 7-də yepiskop Mitrofan 3 il yerli həbs cəzasına məhkum edilmiş, 31 may 1933-cü ildə isə Azərbaycan SSR Hökumət Komissiyası onun ictimai təhlükəli kimi şəxs XDSİ-nin həbs düşərgəsinə göndərilməsi barədə qərar qəbul edir.

23 yanvar 1934-cü ildə iki gün ərzində Azərbaycanı tərk etmək şərti ilə həbsdən azad edilir.

16 dekabr 1934-cü ildə vəfat etmiş və Çəmbərəkənd şəhər qəbiristanlığında dəfn edilmişdir.

Yepiskop Mitrofan öz vəsiyyətində Bakı kafedrası nəzdində gələcək varisindən təqiblər dayandırıldıqdan sonra onun qalıqlarını yenidən Bakı kafedralında dəfn etməyi xahiş edir. Vəfat arxipastırın vəsiyyəti yerinə yetirilir - Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksiyin xeyir-duası ilə 21 dekabr 2008-ci ildə Yepiskop Mitrofanın (Polikarpov) qalıqları Bakıda Müqəddəs sülh daşıyıcısı qadınların şərəfinə Kafedral kilsənin məzarında təntənəli şəkildə yenidən dəfn edilir.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr (İşein)
24.12.2021
428

Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr (İşein)

Arxiyepiskop Aleksandr (dünyəvi adı İşein Aleksandr Gennadyeviç) 13 iyun 1952-ci ildə böyük rus zahidi müqəddəs qanuni knyaz Aleksandr Nevskinin vətəni Yaroslavl

Protoierey Aleksandr İvanoviç Yunitskiy (1855-1940)
22.11.2021
437

Protoierey Aleksandr İvanoviç Yunitskiy (1855-1940)

11 may 1855 ildə Penza vilayətinin Golovinşino kəndində bir keşişin ailəsində anadan olmuşdur. Penza şəhərinin dini məktəbini (1871) və Penza Dini

İman uğrunda öldürülmüş keşiş İoann Qançev (1878-1937)
22.11.2021
498

İman uğrunda öldürülmüş keşiş İoann Qançev (1878-1937)

Min il əvvəl Qədim Rusiya Məsihin təlimini qəbul etdi. O vaxtdan bəri Rus Pravoslav Kilsəsi saysız-hesabsız kəramətli, abid və saleh şəxslərin şücaəti

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
309
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
293
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
291
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Xəbərlər