Xəbərlər 2022
Bakı şəhəri Arxangel Mixail kilsəsində tikinti və bərpa işlərinin əsas mərhələsi başa çatıb
Bakı şəhəri Arxangel Mixail kilsəsində tikinti və bərpa işlərinin əsas mərhələsi başa çatıb. İki il davam edən irimiqyaslı işlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət və xeyriyyəçilərin vəsaiti hesabına həyata keçirilib.
Bu müddət ərzində məbədin fasadı bərpa olunmuş, qızıl suyuna salınmış günbəz quraşdırılmış, zəng qülləsi tikilmiş, daxili ərazi abadlaşdırılmış, məbədin tarixi naxışları yenilənib, S. Q. Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasının peşəkar ikona çəkənlər tərəfindən səcdəgah, günbəzi, divarları bəzənib, qədim ikonostas yeniləndirilib.
Bakı və Azərbaycan Yeparxiyasının idarə başçısı vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskop Feofilakt Həzrətlərinin xeyir-duası ilə şəhərin ən qədim pravoslav kilsəsində işlərin tamamlanması şərəfinə, Rəbbin Yerusəlimə giriş bayramı ərəfəsində, təşəkkür ibadət suyun təqdis edilməsi ilə keçirilib. Müqədəs Arxangel Mixail kilsəsinin baş keşişi protoierey Mefodiy Əfəndiyev dua edənləri "Prezidentin sağlamlığı, bizim evimizin - Azərbaycanın rifahı, məbədin bütün gözəlliyində görünməsi ilə məşğul olanların haqqında" dualar səsləndirməyə çağırıb.
Xəbərlər

Bölmə üzrə Menyu
Populyar Xəbərlər
23.08.2026
81Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
22.08.2026
71Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...
19.08.2026
4819 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi ...