Xəbərlər 2022
Prezident İlham Əliyev Azərbaycanın pravoslav icmasını Pasxa bayramı münasibətilə təbrik edib
Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2022-ci il
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
8102022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
1008Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
984Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
23.08.2026
81Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
22.08.2026
71Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...
19.08.2026
4819 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi ...