Xəbərlər 2022
Moskva və Bütün Rusiya Patriarxı Kiril həzrətlərinin Bakı Yeparxiyasının 2021-ci il üçün illik hesabatına dair qətnaməsi daxil olub
Bakı Yeparxiyal İdarəsinə Moskva Patriarxlığı İdarəsindən Moskva və Bütün Rusiya Patriarxı Kiril həzrətlərinin Bakı Yeparxiyasının 2021-ci il üçün illik hesabatına dair qətnaməsi daxil olub. Qətnamədə Bakı və Azərbaycan Yeparxiyası rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakta və din xadimlərinə 2021-ci ildə yeparxiya həyatının təşkili istiqamətində göstərdikləri səylərə görə minnətdarlıq ifadə edilir. Patriarx həzrətləri Azərbaycan Respublikasında dövlət orqanları ilə qarşılıqlı əlaqə və dinlərarası xoş münasibətlərin qorunub saxlanması istiqamətində görülən işləri xüsusilə qeyd edir, həmçinin sosial, maarifləndirmə sahələrində və gənclər ilə aparılan işlərin nəticələrini müsbət qiymətləndirir.
Eyni zamanda, Patriarx həzrətləri, kilsə həyatının adi nizamının COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində qorunmasının ciddi mənəvi və fiziki güc tələb etməsini nəzərə alaraq, bütün yeparxiya işçilərini mövcud ictimai-siyasi şəraitdə, təyin edilmiş məqsədləri real imkanlar və həyatın xüsusiyyətləri ilə tutuşduraraq, kilsə xidmətinin bütün sahələrinə qayğı göstərməyə çağırır.
Qətnamə Kilsə Başçısının xeyir-duası ilə bitir: “Allahdan sizə və xidmət etdiyiniz naxıra xeyir-dua diləyirəm”.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
7892022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
996Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
970Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
15.07.2026
71Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
4621 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
45Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...