Xəbərlər 2022
Lənkəran şəhərinin Məryəm Ananın Örpəyi kilsəsini yeni ikonalar bəzəyib
Lənkəran şəhərinin Məryəm Ananın Örpəyi şərəfinə olan pravoslav kilsəsi tədriclə bəzədilir. Kilsədə ilk Liturgiyanı cari ilin iyun ayının 10-da Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt keçirmişdir.
Həmin tarixdən kilsədə ibadətlər hər ayın birinci bazar günü və böyük bayram günlərində mütəmadi olaraq keçirilir.
Məryəm Ananın Göylərə Götürülməsi bayramı günü kilsəyə 12 baqet çərçivəli ikonalar çatdırılmışdır. İkonalar Bakı yeparxiyasının xüsusi sifarişi ilə Rostov-na-Donu şəhərində hazırlanıb. Prixodun baş keşişi protoiyerey Aleksandr Astaşkin ikonaları təqdis etdi və indidən belə kilsəni ən çox ehtiram edilən pravoslav müqəddəslərin surətləri bəzəyəcək.
İkonaların hazırlanması üçün maliyyə vəsaiti Azərbaycan Respublikası Prezidentinin yardım fondundan ayrılmışdır.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
7952022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
997Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
974Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
21.07.2026
5221 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
50Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
44Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...





