Xəbərlər 2022
Polşa ruhanilərindən ibarət nümayəndə heyəti Bakının Ali-Mələk Mikayıl kilsəsini ziyarət edib
Varşava Ali İlahiyyat Seminariyasının rektoru, monsenyor Voyçex Bartkoviçin rəhbərlik etdiyi Polşa ruhanilərindən ibarət nümayəndə heyəti Bakının Ali-Mələk Mikayıl kilsəsini ziyarət edib. Kilsənin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev qonaqları salamlayaraq onlara Bakı yeparxiyasının ən qədim kilsəsinin tarixindən, kilsənin müasir dövrdə həyatından danışıb. Nümayəndə heyətinin üzvləri, həmçinin Ali-Mələk Mikayıl kilsə kompleksinə daxil olan Müqəddəs Bartalmay (Varfolomey) kilsəsinə də baş çəkmiş, burada saxlanılan mqd. Bartalmayın mübarək cisminin qalıqlarına ehtiram etmək imkanı əldə etmişlər.
Multikulturalizmin Azərbaycan modeli və ölkədə dinlərarası dialoqun səviyyəsi ilə tanışlıq məqsədi daşıyan Polşa nümayəndə heyətinin Azərbaycana sentyabrın 7-dən 14-dək baş tutan səfəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Polşadakı səfirliyi və “Həyat Sözü” xristian dini icması tərəfindən təşkil olunmuşdur.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
7692022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
965Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
945Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
16.06.2026
47Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
19.06.2026
39Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ...
13.07.2026
3713 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...