Xəbərlər 2022
Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir
Sentyabrın 27-si, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda Anım Günü qeyd edilir. Prezidentin Sərəncamında qeyd edildiyi kimi, bu anım tarixi “Əsgər və zabitlərimizə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib." Bu gün Azərbaycanın dini icmaları Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım günü ərəfəsində Şeyxülislam A.Paşazadə başda olmaqla ənənəvi dinlərin rəhbərləri və nümayəndələri İkinci Şəhidlər Xiyabanını ziyarət edib, burada şəhid olan əsgərlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər. Sentyabrın 27-də Bakı yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov əsgər Dmitri Solntsevin məzarı önündə anım mərasimi - mərhumlar üçün litiya dua ayinini keçirib.
Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Bakının Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev iştirak edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
7952022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
997Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
973Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
21.07.2026
4821 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
48Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
19.07.2026
44Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...