Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ediblər. Tolerantlıq Evi mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən mədəni-maarif mərkəzidir. Tolerantlıq Evi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli dəstəyi ilə yaradılıb. Muzey Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan Azərbaycan multikulturalizm modelinin parlaq nümunəsidir.
Gənc ziyarətçilər üçün təşkil olunan ekskursiya zamanı onlara Tolerantlıq Evinin fəaliyyəti, əsrlər boyu ölkə ərazisində mövcud olan ənənəvi dini icmalar və bu icmalar arasında formalaşmış xoş münasibətlər barədə ətraflı məlumat verilib. Uşaqlar ölkənin dini icmalarının dəstəyi ilə yaradılmış muzeyin nadir ekspozisiyası ilə böyük diqqətlə tanış olublar. Şeyxülislam Allahşükür Paşazadənin muzeyə təqdim etdiyi eksponatlar xüsusilə böyük maraq doğurub. Onun şəxsi nümunəsi qarşılıqlı hörmət, anlaşma və etimada əsaslanan qardaşlıq münasibətlərinin müxtəlif dinlərin nümayəndələri arasında qurulmasının mümkünlüyünü aydın şəkildə göstərir. Ekskursiyadan sonra bazar məktəbinin şagirdləri onları maraqlandıran çoxsaylı suallar veriblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
11.09.2026
211 sentyabr - Vəftizçi Yəhyanın Başının kəsilməsi
Peyğəmbər, Rəbbin sələfi və Vəftizçisi Yəhyanın başının kəsilməsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın
09.09.2026
4Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib
9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra, ömrünün 78-ci ilində Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib. Aleksandr Yakovleviç Şarovski görkəmli teatr xadimi, rejissor,
08.09.2026
98 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür
Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsənin
Populyar Xəbərlər
15.07.2026
71Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
4621 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
45Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...