Xəbərlər 2023

4 saylı cəzaçəkmə müəssisəsinin ərazisində böyük şəhid Zəncirqıran Anastasiyanın şərəfinə ibadət otağı təqdis edilib

4 saylı cəzaçəkmə müəssisəsinin ərazisində böyük şəhid Zəncirqıran Anastasiyanın şərəfinə ibadət otağı təqdis edilib

Cəzaçəkmə müəssisələrində xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev 4 və 10 saylı cəzaçəkmə müəssisələrində və Qobustan həbsxanasında cəza çəkən məhkumlara baş çəkib.

Bakı yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən arxiyepiskop Feofllaktın xeyir-duası ilə 4 saylı cəzaçəkmə müəssisəsində dualar edilib və təmiri və təşkili 2022-ci ilin sonunda başa çatmış müqəddəs Zəncirqıran Anastasiyanın şərəfinə ibadət otağı təqdis edilib. Protoiyerey Mefodiy Əfəndiyev məhkumları sevincli hadisə münasibətilə təbrik edib və öncədən hazırlanmış hədiyyələri onlara təqdim edib.

10 saylı cəzaçəkmə müəssisəsində və Qobustan həbsxanasında da ibadətlər keçirilib. Din xadimi Milad və Zühur bayramları haqqında danışıb, hədiyyələri və pravoslav təqvimlərini təqdim edib.

Теги:
həbsxanada xidməti üzrə Şöbəsi


Xəbərlər


Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
55
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
44
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib
25.06.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsi tibbi səbəblərə görə qan köçürülməsinə ehtiyacı olanlar üçün qanvermə xeyriyyə aksiyası keçirib. Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri arasında ...

Xəbərlər