Xəbərlər 2023

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində xeyriyyə layihəsinə start verilib

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində xeyriyyə layihəsinə start verilib

Milad dövrünün müqəddəs günlərində Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bir xeyirxah işin təməli qoyuldu: ehtiyacı olanlara və çətin həyat vəziyyətində olan insanlara ərzaq yardımı göstərilməyə başlandı.  İlk iyirmi nəfərə ərzaq bağlamaları verildi. Kafedralın baş keşişi arximandrit Aleksiy (Nikonorov) hamını Milad bayramı münasibətilə təbrik etdi və kafedral kilsəsi prixodunun ehtiyacı olanlara dəstək olacağı xeyriyyə layihəsindən danışdı. "Yardım müntəzəm olacaq, ümid edirik ki, xeyriyyəçilərin köməyi ilə imkanlarımızı genişləndirə və dəstəyə ehtiyacı olanların hamısını əhatə edə biləcəyik" ata Aleksiy həmçinin qeyd etdi.

Şəkil Albomu

Теги:
xeyriyyəçilik və sosial xidmət üzrə şöbəsi


Xəbərlər


Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
55
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
44
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib
25.06.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsi tibbi səbəblərə görə qan köçürülməsinə ehtiyacı olanlar üçün qanvermə xeyriyyə aksiyası keçirib. Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri arasında ...

Xəbərlər