Xəbərlər 2024
Bakı yeparxiyasının ruhanisi qocalar evinə baş çəkib
Bakı yeparxiyasının ruhanisi, protoiyerey Andrey Bezotosnıy qocalar üçün sosial xidmət müəssisəsinə (qocalar evinə) baş çəkib. Görüş ötən il Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət üzrə şöbəsi ilə müəssisənin rəhbərliyi arasında qocalar evində yaşayan pravoslav xristianlara mənəvi qayğı ilə bağlı əldə olunmuş razılaşma çərçivəsində baş tutub. Bayram ibadətindən sonra qocalar evinin pravoslav sakinləri Tövbə və Yevxaristiya Sirrlərini qəbul etdilər. Protoiyerey Andrey toplaşanları səmimiyyətlə salamlayaraq, onları Milad bayramı günləri münasibətilə təbrik etdi və hər kəsə yeparxiya təqvimlərini, "Pravoslavnıy Vestnik" qəzetinin bayram nəşrini və xeyriyyəçilərin dəstəyi ilə Ali-Mələk Mikayıl prixodu tərəfindən hazırlanmış Milad hədiyyələrini təqdim etdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Populyar Xəbərlər
21.07.2026
5221 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
52Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
46Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...