Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Azərbaycanda Belarus Respublikasının mədəniyyət günləri keçirilir
Aprelin 1-dən 4-dək Azərbaycanın paytaxtında Belarus Respublikasının mədəniyyət günləri keçirilir. Mədəniyyət günlərinin təntənəli açılışı aprelin 2-də Heydər Əliyev Sarayında olub. Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adıl Kərimli və Anatoliy Markeviç konsert zalına toplaşanların qarşısında çıxış ediblər. Tədbir qala-konsertlə davam edib. Sarayın foyesində Belarus tətbiqi sənətinin nümunələrini nümayiş etdirən sərgi də tamaşaçıların diqqətinə çatdırılıb.
Belarus mədəniyyəti günləri çərçivəsində Bakıda “Belarusfilm” kinostudiyasının istehsalı olan bədii və sənədli filmlərin nümayişi keçiriləcək. Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikası Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi açılıb. M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Belarusun Azərbaycanda keçirilən mədəniyyət günlərinin açılış mərasimində Bakı Yeparxiyasının din xadimləri və Yeparxiya idarəsinin əməkdaşları iştirak ediblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
04.11.2026
154 noyabr – Allahın Əqdəs Validəsinin Kazan ikonasının bayramı
Noyabrın 4-də Allahın Əqdəs Validəsinin Kazan ikonasının bayramı münasibətilə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi yeparxiyanın
03.11.2026
22Müqəddəs Məryəmin Kəmərinin bir hissəsinin saxlanıldığı relikviya sandığı Bakıya gətiriləcək
Əziz qardaşlar və bacılar! Sevinc hissi ilə bildiririk ki, 13–16 noyabr tarixlərində Sankt-Peterburq şəhərindəki Kazan Kafedral kilsəsindən Allahın Əqdəs Validəsinin Kəmərinin bir hissəsi Bakıya gətiriləcək. Müqəddəs əmanət Bakıda olduğu
01.11.2026
63Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər
8 Noyabr – 44 günlük Vətən müharibəsində Qələbə Günü ərəfəsində Bakı Yeparxiyasının gənclər hərəkatının fəalları II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri
Populyar Xəbərlər
01.11.2026
63Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər
8 Noyabr – 44 günlük Vətən müharibəsində Qələbə Günü ərəfəsində Bakı Yeparxiyasının gənclər hərəkatının fəalları II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri ...
09.09.2026
61Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib
9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra, ömrünün 78-ci ilində Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib. Aleksandr Yakovleviç Şarovski görkəmli teatr xadimi, rejissor, ...
12.09.2026
56Gəncəyə arxıpastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım ...