Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Gəncəyə arxıpastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım günündə kilsədə təntənəli İlahi Liturgiya keçirilib. Arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhanisi iqumen Kirill (Nikitin), Aleksandr Nevskiy kilsəsinin baş keşişi ierey Varfolomey Sotnikov və protodiakon Vadim Tokarev müşayiət ediblər. Liturgik nəğmələri Nelli İsrafilovanın rəhbərliyi altında Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xor ifaçıları səsləndirib. Bayram münasibətilə Yeparxiyanın Zəvvarlıq üzrə şöbəsi Bakı kilsələrinin icma üzvləri, eləcə də Yaroslavl vilayətindən gəlmiş zəvvarlar üçün Gəncəyə səfər təşkil edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
11.09.2026
211 sentyabr - Vəftizçi Yəhyanın Başının kəsilməsi
Peyğəmbər, Rəbbin sələfi və Vəftizçisi Yəhyanın başının kəsilməsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın
09.09.2026
4Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib
9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra, ömrünün 78-ci ilində Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib. Aleksandr Yakovleviç Şarovski görkəmli teatr xadimi, rejissor,
08.09.2026
98 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür
Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsənin
Populyar Xəbərlər
21.07.2026
4621 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
45Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
19.07.2026
42Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...