Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Arximandrit Aleksinin (Smirnovun) Bakı və Azərbaycan yepiskopu adlandırılması ilə bağlı müraciəti

Arximandrit Aleksinin (Smirnovun) Bakı və Azərbaycan yepiskopu adlandırılması ilə bağlı müraciəti

12 iyun 2024-cü il tarixində Moskva və Bütün Rusiya Patriarxı Kirill Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin taxt zalında arximandrit Aleksiy (Smirnovun) Bakı və Azərbaycanın yepiskopu adlandırılması ayininə başçılıq edib. Adlandırma zamanı arximandrit Aleksiy Patriarx müqəddəslərinə və onu ibadətdə müşayiət edən arxipastırlara müraciət edib.

Zati-Müqəddəsləri, həzrətimiz və sevimli atamız! Arxiyepiskoplar və yepiskoplar həzrətrləri, Məsih Kilsəsinin arxipastırları!

Əhdi-Cədidin Müqəddəs Yazıları Xristian Kilsəsi çobanının necə olması barədə danışır: “Yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.” (Yəhya 10:11). Rəbbimiz İsa Məsihin bu sözləri yepiskopun üzərinə xüsusi bir məsuliyyət qoyur: yepiskop insanlara yalnız dua və sözlərlə deyil, həm də arxpastırlıq çağırışında öz həyatı ilə fədakarlıqla xidmət etməyə tamamilə hazır olmalıdır. Bunu dərk etmək məni heyrətə gətirir. Mən günahlarımın fərqindəyəm, qüsurlarımın fərqindəyəm və buna görə də sizdən xahiş edirəm ki, mənim üçün dua edəsiniz, mənə xeyir-dua verəsiniz, təcrübəniz və müdrikliyinizlə məni istiqamətləndirəsiniz ki, Allahın Kilsəsinin arxipastırı böyük həvari çağırışını layiqincə yerinə yetirə bilim. Mən Rəbbdən mənə kömək etməsini diləyirəm və məzmurçu Davudun sözləri ilə Ona müraciət edirəm: “Öz xalqını qurtar, seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, xalqının əbədilik qayğısına qal!” (Məzmur  27:9).

Allahın lütfü, Zati-Müqəddəslərinizin və Müqəddəs Sinodun müdrik qərarı ilə mən Azərbaycan Respublikasında yepiskop kimi xidmət etməyə çağırılmışam. 1944-cü ildən 1998-ci ilə qədər Bakı yeparxiyası Stavropol yeparxiyasının tərkibində olub və indi mənim gözümün qabağına orada xidmət edən arxipastırlar və pastırlar gəlir. Bəziləri haqda mənə danışıblar, bəzilərini özüm görmüşəm, bir çoxu ilə seminariyada oxuyanda və gənc keşiş olanda ünsiyyət qurmuşam. Bu pastırlardan mən Bakıda və Azərbaycanın digər şəhərlərində pravoslav xristianların həyatı, bu mübarək diyarda həmişə mövcud olmuş və indi də qalan xalqlar arasında dostluq haqqında hekayələr eşitmişəm. Arxiyepiskop Antoninin (Zavqorodnıy), arxiyepiskop Aleksandrın (İşein) adlarını ehtiramla xatırlayıram. Mənim üçün arxipastırlığın ən vacib nümunəsi mitropolit Gedeondur (Dokukin). Allahın Qəzzavü-Qədəri ilə 1990-cı ildə Stavropol şəhərində Müqəddəs Həvari Andrey kafedral kilsəsinin qapısından keçəndə Gedeon həzrətləri məni öz ruhani himayəsinə götürdü, Stavropol İlahiyyat Seminariyasına və Sankt-Peterburq İlahiyyat Akademiyasına daxil olmaq üçün xeyir-dua verdi, məni diakon və presviterliyə (keşişliyə) qəbul etdi və mənə rahib mantiyasını təqdim etdi. Mitropolit Gedeondan eşitdiyim o sözlər, onun müdrikliyi, Allaha məhəbbəti, Qafqazda sülhməramlı fəaliyyəti məni bu günə qədər ruhlandırır.

İndi isə, Zati-Müqəddəslərinizin və Allah Kilsəsinin arxipastırlarının qarşısında dayanaraq, sizdən mərhəmətli Allaha müqəddəs dualar etməyinizi xahiş edirəm ki, O, mənim arxpastırlıq xidmətimə xeyir-dua versin və xidmətim Müqəddəs Ana Kilsəmizin rifahı üçün xoş bəhrələr gətirsin.  Qoy müqəddəs İlahiyyatçı Qriqorinin arxipastır haqqında dediyi bu sözləri yepiskopluq borcumu yerinə yetirməkdə mənə örnək olsun: “O, nəinki öz ruhunda olan pis surətləri silməyə, həm də ən yaxşılarını çəkməyə borcludur ki, ləyaqətdə başqalardan üstün olmaqdansa, fəzilətlər baxımından başqalarından üztün olsun” (Müqəddəs İlahiyyatçı Qriqoriy. Moizə 3).

 


Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy elmi-praktik konfransda iştirak edib
16.10.2024
9

Yepiskop Aleksiy elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda elmi-praktik konfransda iştirak edib.

14 oktyabr - Allahın Əqdəs Validəsinin Dua Örpəyi bayramı günüdür
14.10.2024
15

14 oktyabr - Allahın Əqdəs Validəsinin Dua Örpəyi bayramı günüdür

Oktyabrın 14-də Kilsə Allahın Əqdəs Validəsi Xanımımız Əzəli Bakirə Məryəmin Dua Örpəyi bauramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində

Lənkəran kilsəsində taxt-tac bayramı keçirilib
13.10.2024
21

Lənkəran kilsəsində taxt-tac bayramı keçirilib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayram ibadətinə başçılıq edib. Arxiyereyi Bakı Yeparxiyası İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov,

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
07.09.2024
177
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib

Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
01.09.2024
161
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 8-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...

Dini liderlər Anım Günündə  Qələbə parkını ziyarət ediblər
27.09.2024
157
Yeparxiya xəbərləri

Dini liderlər Anım Günündə Qələbə parkını ziyarət ediblər

Bakıda 44 günlük Vətən Müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş Qələbə Parkının salınması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilən layihəyə Qələbə ...

Xəbərlər