Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakıda “Azərbaycanda pravoslav zəvvarlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Azərbaycanda pravoslav zəvvarlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilib

Bakı Yeparxiyası tərəfindən Rusiya və Belarusun zəvvar xidmətlərinin rəhbərləri üçün keçirilən məlumat turundan sonra Yeparxiyanın Pravoslav Dini-Mədəni Mərkəzində “Azərbaycanda pravoslav zəvvarlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Rus Pravoslav Kilsəsinin zəvvarlığın inkişafı və qüdsiyyətlərin gətirilməsi üzrə Komissiyasının sədri Pskov və Porxov mitropoliti Matfey və Komissiyanın üzvü iqumenya Mixaila (Soloduxina) dəyirmi masa müzakirələrinə  video-əlaqə vasitəsilə qoşulublar.

İştirakçıları salamlayan Bakı və Azərbaycan yepiskopu AleksiyAzərbaycanın böyük mənəvi, tarixi və mədəni potensialından danışıb ki, bu da ölkəni təkcə turistlər üçün deyil, həm də pravoslav zəvvarları üçün cəlbedici edir. Mitropolit Matfey müraciətində qeyd edib ki, zəvvarlıq qonşu ölkələr arasında mədəniyyətlərarası və millətlərarası dialoqun gücləndirilməsində əsas komponentə çevrilə bilər. Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinon rəhbəri protoiyerey Dionisiy Sveçnikov “Pravoslav ailə zəvvarlığı” mövzusunda məruzə ilə çıxış edib. Dəyirmi masa iştirakçıları pravoslav ziyarəti ilə bağlı fikir, qabaqcıl təcrübə və faydalı məlumatlar mübadiləsi aparıb, onun Azərbaycanda inkişaf imkanlarını və perspektivlərini müzakirə ediblər. İştirakçılar yepiskop Aleksiyə və Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin əməkdaşlarına Azərbaycan torpağında  səmimi qəbula görə təşəkkür edib və səmərəli əməkdaşlığa ümid etdiklərini bildiriblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
17.05.2026
13

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pasxa dövrünün 6-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib.

Yepiskopu Aleksiy Aşağı Arxızın müqəddəs məkanlarını ziyarət edib
15.05.2026
14

Yepiskopu Aleksiy Aşağı Arxızın müqəddəs məkanlarını ziyarət edib

Bakı və Azərbaycan yepiskopu Şimali Qafqazın xüsusi ehtiram edilən pravoslav müqəddəs məkanlarını  - Məsihin Arxız Surətini və Böyük Zelençuk çayının dərəsində yerləşən X əsrə aid alan kilsələrini ziyarət

Stavropol seminaristlərinə Azərbaycanda xristianlıq haqqında danışılıb
14.05.2026
15

Stavropol seminaristlərinə Azərbaycanda xristianlıq haqqında danışılıb

Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov Stavropol Ruhani Seminariyasında “Azərbaycanda xristianlıq: tarixi və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib. Seminaristlər məruzəni

Xəbərlər

Populyar Xəbərlər

Bakıda Pasxa bayramı
12.04.2026
96
Yeparxiya xəbərləri

Bakıda Pasxa bayramı

Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
08.04.2026
79
Yeparxiya xəbərləri

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib

Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
07.04.2026
71
Yeparxiya xəbərləri

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı

Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...

Xəbərlər