Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Sumqayıt prıxodu kilsəsinin təsis edilməsinin 20 illiyini qeyd edib

Sumqayıt prıxodu kilsəsinin təsis edilməsinin 20 illiyini qeyd edib

Pasxa bayramı günlərində Sumqayıt şəhərində yerləşən Müqəddəs Sarovlu Serafim prıxodunda prixod kilsəsinin təsis edilməsinin 20 illiyi münasibətilə təntənəli mərasimlər keçirilib. Müqəddəs Sarovlu Serafim kilsəsi Bakı və Xəzəryanı yepiskopu Aleksandrın (İşein) xeyir-duası ilə yaradılmış və 2 aprel 2006-cı ildə təqdis olunmuşdur.

Sumqayıt kilsəsində keçirilən bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi Bakı yeparxiyasının ən yaşlı ruhanisi, Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin fəxri baş keşişi protoiyerey Leonid Mılıx, Bakı yeparxiya idarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Sumqayıt prıxodunun baş keşişi Rostislav Şahvələdov və protodiakon Vadim Tokarev müşayiət ediblər. Liturgiyanın nəğmələrini Nelli İsrafilovanın rəhbərliyi altında kafedral kilsənin xor ifaçıları səsləndirib.

Kilsədə Sumqayıtın pravoslav sakinləri və bayram münasibətilə Bakıdan gəlmiş çoxsaylı zəvvarlar dua ediblər. Liturgiyanın sonunda yepiskop Aleksiy bütün toplaşanları bayram münasibətilə təbrik edərək prıxoda rifah arzulayıb. Zəvvarlar xüsusi olaraq Sumqayıt kilsəsi üçün hazırlanmış, ağac üzərində oyma ilə işlənmiş Müqəddəs Ali-Mələk Mikayıl ikonasını, eləcə də Xilaskar və Allahın Validəsi analoy ikonalarını kilsəyə hədiyyə etdilər.

Sumqayıt prixodunu təbrik etmək üçün bayram tədbirinə Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı Rauf Sərdarov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərman Kazımov və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölməsinin rəhbəri Yalçın Abdullayev, Sumqayıt şəhərinin molokan və protestant icmalarının nümayəndələri iştirak etdilər.

Bayram xatirəsi olaraq kilsənin ətraf ərazisində ağaclar və qızılgüllər əkilib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy Barkolabovsk monastırının yaradılmasının 385-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib
24.07.2026
2

Yepiskop Aleksiy Barkolabovsk monastırının yaradılmasının 385-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib

24 iyul Barkolabovsk monastırında Allahın Əqdəs Validəsinin Barkolabovsk ikonası və monastırın yaradılmasının 385-ci ildönümü şərəfinə bayram tədbirləri keçirildi. Mogilyov və Mstislav arxiyepiskopu Sofroniy, Bobruysk və Bıxov

Yepiskop Aleksiy Bobruyskdakı Müqəddəs Nikolay kafedral kilsəsini ziyarət etdi
23.07.2026
2

Yepiskop Aleksiy Bobruyskdakı Müqəddəs Nikolay kafedral kilsəsini ziyarət etdi

Bobruysk yeparxiyasına səfəri çərçivəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bobruyskdakı Müqəddəs Nikolay kafedral kilsəsini ziyarət etdi. Yepiskop Aleksini kilsədə Bobruysk və Bıxov yepiskopu Serafim qarşılayıb və kafedral

Bakı yeparxiyasının şöbəsinin rəhbəri Türmə Kapellanların onlayn görüşdə iştirak edib
22.07.2026
5

Bakı yeparxiyasının şöbəsinin rəhbəri Türmə Kapellanların onlayn görüşdə iştirak edib

İyulun 22-də Avropa və Yaxın Şərq ölkələrinin Beynəlxalq Həbsxana Kapellanları Assosiasiyasının Rəhbər Komitəsinin onlayn (Zoom platforması vasitəsilə) iclası keçirilib. Tədbiri Beynəlxalq Həbsxana Kapellanları Assosiasiyasının Avropa

Xəbərlər

Populyar Xəbərlər

31 may - Müqəddəs Üçlük Günü. Pentikost.
31.05.2026
78
Yeparxiya xəbərləri

31 may - Müqəddəs Üçlük Günü. Pentikost.

Bu gün Kilsə Müqəddəs Ruhun həvarilərin üzərinə enməsini və Məsih Kilsəsinin anadan olmasını qeyd edir. Bu tarixi hadisə Məsihin Dirilməsindən 50 gün sonra, Əllinci Gün Bayramında baş verdi. Bu bayramın başqa adı da var — ...

30 may - Əqdəs Üçlük Bayramı öncəsi Valideyn Şənbəsi
30.05.2026
75
Yeparxiya xəbərləri

30 may - Əqdəs Üçlük Bayramı öncəsi Valideyn Şənbəsi

Müqəddəs Üçlük (Əllinci Gün) bayramı ərəfəsindəki şənbə günü Kilsə yer üzündə yaşamış bütün vəfat etmiş xristianları xüsusi şəkildə yad edir. Məhz buna görə Üçlük ...

1 iyun — Müqəddəs Ruhun Günü
01.06.2026
70
Yeparxiya xəbərləri

1 iyun — Müqəddəs Ruhun Günü

Müqəddəs Ruhun Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy  Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi yeparxiyanın ruhaniləri müşayiət ediblər. İbadətin ...

Xəbərlər