Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün Pasxa bayramı keçirilib

Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün Pasxa bayramı keçirilib

Pasxa həftəsi günlərində  Beynəlxalq Muğam Mərkəzinin konsert zalında Bakı yeparxiyası tərəfindən uşaqlar üçün “Pasxanı sevinclə qarşılayırıq” adlı bayram tədbiri təşkil olunub. Bayramın bədii quruluşu və yeparxiyanın “Oğlanlar və qızlar” uşaq teatrının “Xilas” adlı tamaşası Bakı şəhəri, Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin bazar günü məktəbinin müəllimi Larisa Kərimova tərəfindən hazırlanıb.

Bayram şeirləri və nəğmələri ilə tamaşaçılar qarşısında Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin  bazar günü məktəbinin şagirdləri (müəllim Nelli İsrafilovanın rəhbərliyi ilə), Ali-Mələk Mikayıl kilsəsinin bazar günü məktəbinin şagirdləri (müəllim Kristina Əfəndiyevanın rəhbərliyi ilə) və Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin bazar günü məktəbinin şagirdləri (müəllim Larisa Kərimovanın rəhbərliyi ilə) çıxış ediblər.

Tamaşaçılar və bazar məktəblərinin “biliciləri” bayram viktorinasında  iştirak edərək Məsihin Dirilməsi ilə bağlı İncil hadisələri barədə bilikləri ilə sevindiriblər. Tədbirdə həmçinin Elen Nağıyevanın rəhbərlik etdiyi rəqs kollektivi iştirak edib.
Muğam Mərkəzinin zalında toplaşanlara Pasxa bayramı münasibətilə təbrik nitqi ilə Bakı və Azərbaycan yepiskopu Aleksiy müraciət edib. Aleksiy həzrətləri sevinc dolu Pasxa günlərində tamaşaçılara bayram əhval-ruhiyyəsi bəxş edən gənc iştirakçılara təşəkkürünü bildirib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib
09.09.2026
2

Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib

9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra, ömrünün 78-ci ilində Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib. Aleksandr Yakovleviç Şarovski görkəmli teatr xadimi, rejissor,

8 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür
08.09.2026
2

8 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür

Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsənin

Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay qurbangahının taxt-tac bayramı keçirilib
07.09.2026
7

Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay qurbangahının taxt-tac bayramı keçirilib

Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay ibadətgahında taxt-tac bayramı münasibətilə təntənəli ibadət keçirilib. Bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi yeparxiya

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
72
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
67
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
42
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər