Azərbaycan dilində ibadət mətnləri

PASXANIN STİXİRALARI

Qalxsın Allah, düşmənləri dağılsınlar, [Ona nifrət edənlər qarşısından qaçsınlar]

Bu gün bizə Qüdsi Pasxa zühur etdi: / yeni Pasxa müqəddəsdir, / Pasxa sirlidir, / Pasxa şanlıdır, / Pasxa Xilaskar Məsihdir, / Pasxa qüsursuzdur, / Pasxa əzəmətlidir, / Pasxa sadiqlərindir, / Pasxa cənnətin darvazalarını açır, // Pasxa sadiqləri təqdis edir.

 

Pislər çəkilən tüstü kimi dağılsınlar, [alovun qarşısında mum kimi ərisinlər]

Gəlin, ey müjdəçi zənənlər, / gördüyünüzü Siona deyin: / "Məsihin dirilməsi haqqında / biz şad xəbər gətirdik sənə. / Padşahımız Məsihin məzardan / bəy kimi çıxışını görüb / şadlan, fərəhlən, // sevin, ey Yerusəlim".

 

Müqəssirlər Allahın qarşısında məhv edilsinlər, / salehlər isə sevinsinlər.

Səhər ertədən / mürdaşıyan zənənlər / Həyatverənin məzarına gəldilər / və daşın üzərində oturan / mələyi gördülər, / o isə zənənlərə / belə sözlər dedi: / "Dirini ölülər arasında niyə arayırsınız? / Əbədiyaşar Məsih üçün niyə ağlayırsınız? // Gedin, müjdələyin Onun şagirdlərini.

 

Bu günü Rəbb yaratdı, / onda sevinib şadlıq edək!

Pasxa nə şirindir, / Pasxa Rəbbindir. / Şanlı Pasxa parladı bizə. / Pasxa gəldi, qucaqlaşaq sevinclə, / Pasxa kədərdən xilas edir, / çünki bu gün məzardan / sanki toy çadırından parladı Məsih / və mürdaşıyan zənənlərə sevinc verib dedi: // gedin, müjdələyin həvariləri.

 

Həmd olsun Ata, Oğul və Müqəddəs Ruha / indi, hər zaman və sonsuza qədər. Amin.

Bu gün Məsih dirildi. / Bayramla şəfəqlənək / və bir-birimizi qucaqlayaq. / Bizə nifrət edənlərə də / "qardaşımızsan" deyək / və dirilmə bayramına görə / onların günahlarından keçək / və belə nida edək: / Məsih ölülərdən dirildi, / ölümü ilə ölümü məğlub etdi, // məzarda olanlara həyat verdi!

 



Xəbərlər


Bölmənin digər xəbərləri

SƏHƏR DUALARI
05.03.2024
3611

SƏHƏR DUALARI

A ta, Oğul və Müqəddəs Ruhun İsmi ilə. Amin.   Vergiyığanın duası Y a Allah, mən günahkara rəhm eylə! (Təzim et)   İbtidai dua Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.

AXŞAM DUALARI
05.03.2024
1908

AXŞAM DUALARI

H əmd olsun Ata, Oğul və Müqəddəs Ruha indi, hər zaman və sonsuza qədər. Amin.   Y a Rəbb İsa Məsih, ey Allahın Oğlu, Sənin pakizə Validənin, saleh və mömin atalarımızın və bütün müqəddəslərin duaları xatirinə bizə

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR
05.03.2024
1597

MÜQƏDDƏS ŞƏRİKLİKDƏN ƏVVƏL OXUNAN DUALAR

Y a Rəbb İsa Məsih Allahımız, müqəddəs atalarımızın duaları vasitəsilə bizə rəhm eylə. Amin.   H əmd olsun Sənə, ya Allahımız, həmd olsun Sənə.   Müqəddəs Ruha dua E y Səmavi Padşah, / Təsəlliverən, Həqiqət Ruhu, / hər yerdə

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
45
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər