Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»
Sentyabrın 2-i və 3-ü Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi» layihəsi təşkil olunub. Son bir neçə il ərzində artıq ənənəyə çevrilən «Yay düşərgəsi» Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyevin təşəbbüsü, «VTB – Azərbaycan» bankının sponsor dəstəyi və Azərbaycan Rusdilli Gənclər Assosiasiyasının (ARGA) könüllülərinin təşkilati iştirakı ilə həyata keçirilir. Bu il xeyriyyə layihəsinin keçirilməsi üçün Azərbaycanın cənub bölgəsi — Lənkəran şəhəri seçilib.
Düşərgənin açılış mərasimində protoiyerey MefodiY Əfəndiyev və «VTB – Azərbaycan» bankının PR meneceri Çinarə Rəhimova gənc iştirakçıları salamlayaraq, onlara xoş istirahət və yüksək əhval-ruhiyyə arzulayıblar.
ARGA könüllüləri uşaqlar üçün maraqlı və zəngin ikigünlük proqram hazırlayıblar. Proqram çərçivəsində maliyyə savadlılığı və rəsm üzrə ustad dərsləri, müxtəlif idman oyunları və yarışlar, həmçinin «Nə? Harada? Nə zaman?» intellektual oyunu keçirilib. Layihənin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.
«Yay düşərgəsi» layihəsində Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin, Ali-Mələk Mikayıl kilsəsinin və Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin uşaq bazar günü məktəblərinin şagirdləri, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının övladları, eləcə də aztəminatlı ailələrdən olan uşaqlar iştirak ediblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
05.09.2026
2Yepiskop Aleksiy Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiya keçirib
Bakl və Azərbaycan Yepiskopu Aleksiy Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsənin baş keşişi iyeromonax Georgiy (Budaqov) və Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər
30.08.2026
5Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Allahın Əqdəs Validəsini dəfn edilməsi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi bayramını fərqləndirən bu ayin, Allah Anasının yer
30.08.2026
7Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 13-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri müşayiət
Populyar Xəbərlər
13.07.2026
7013 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
63Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
4121 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...