Azərbaycan dilində ibadət mətnləri

ALİ-MƏLƏK MİKAYILA AKAFİST

Kondak 1

Ey səmavi ordunun seçilmiş sərəsgəri və bəşəriyyətin müdafiəçisi! Bizlər, sənin vasitənlə kədərdən azad olanlar, sənə bu şükran nəğməsini söyləyirik. Sən isə, İzzət Padşahının taxtı önündə durursan deyə, bizləri hər təhlükədən azad eylə, biz də sənə iman və məhəbbətlə belə nida edək:

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

İkos 1

Alovabənzər mələklərin başçısı olaraq, sən, ey Mikayıl, mələklərin dilləri ilə də həmdlər almağa layiqsən. Lakin bizə mələklərin dilini sən öyrətməyincə, hələlik bizim şükürlə dolu insan dilimizdən bu sözləri dinlə:

Sevin, dünyanın əzəldən olan ulduzu; sevin, qızıltək parıldayan həqiqət və ədalət şamı.

Sevin, mələklər arasında yaradılmamış nuru ilk qəbul edən; sevin, ey mələklərin və Ali-Mələklərin alisi.

Sevin, Xaliqin Sağ əlinin izzətinin ən böyük parıltısı; sevin, bütün cisimsiz varlıqların ən böyük bəzəyi.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 2

İman gözləri ilə sənin ruhani gözəlliyinin əzəmətini və ildırımsurətli sağ əlinin qüdrətini görərək, ey Allahın Ali-Mələyi, biz – torpaqdan yaradılan bəşəriyyət – bütün varlığımızla heyrətə gəlir, sevinc və şükranla aləmlərin Xaliqinə səslənirik və bütün səma ordusu ilə birlikdə nida edirik: HalleluYah.

 

İkos 2

Ey ecazkar Mikayıl, səmavi orduların sərəsgəri! Bizim üçün Allahdan ehtirassız və pak bir zehin dilə ki, düşüncələrimizlə yer üzündən səmaya ucalaraq sənə bu şükür nəğməsini söyləyək:

Sevin, Allahın təsvirəgəlməz gözəlliyini və lütfkarlığını seyr edən; sevin, Əqdəs Üçlüyün mərhəmətli bəsirətinin sirlərini bilən.

Sevin, Üçlüyün əzəli hökmünün sadiq icraçısısan; sevin, Səmavi ordu səni görüb məhəbbətlə heyrətlənir.

Sevin, sənə bəşəriyyət imanla həmd edir; sevin, sənə görə cəhənnəmin ordusu titrəyir.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 3

Allahın izzəti naminə qeyrətinin müzəffər qüdrətini özündə aşkar edərək, sən – ey Mikayıl – öz mələklərinlə bir yerdə nifrət dolu təkəbbürlü iblisə qarşı durdun. O iblis və onun zülmət qüvvələri səmadan cəhənnəmə atıldıqda, sənin rəhbərliyinlə səmavi ordun izzət və sevinclə dolu bir səslə Allahın taxtı önündə ucadan səsləndilər: HalleluYah.

 

İkos 3

Bütün məsihi xalqı səni, ey Ali-Mələk Mikayıl, böyük bir himayədar və düşmənlərə qarşı savaşda möcüzəkar bir yardımçı kimi tanıyır; buna görə də, sənin heyrətamiz himayənə nail olmağı arzulayaraq, Sənin bayram günündə sənə belə səslənirik:

Sevin, ildırım kimi səmadan endirdin şeytanı; sevin, səmaya qaldırırsan hifz etdiyin insanları.

Sevin, şəfəq saçan Səmavi dünyanın gözəl bəzəyi; sevin, düşkün dünyamızın izzətli müdafiəçisi.

Sevin, şər qüvvələr tərəfindən heç vaxt məğlub olmayan; sevin, mələklərlə həqiqətdə və salehlikdə Allahın lütfü ilə əbədi olaraq yaradılan.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 4

Ey mələklərin öndəri! Məhəbbət və sevinclə sənin şanlı bayramını qeyd edən bizləri sınaqların və təhlükələrin tufanından qurtar. Çünki sən bəlalarda olanların böyük köməkçisisən və sənin və bizim Rəbb Allahımıza belə səslənənlər üçün ölüm anında şər ruhlara qarşı qoruyucu və şəfaətçisən: HalleluYah.

 

İkos 4

Sənin şeytanın ordularına qarşı cəsarətini görərək, bütün mələk ordusu sevinclə səni izləyib, Rəbbinin ismi və izzəti uğrunda döyüşə girdilər və uca səslə belə səsləndilər: “kim bənzər Allaha?” Şeytanın sənin ayaqlarının altına atıldığını bilərək, sənə müzəffər kimi səslənirik:,

Sevin, çünki Səmaya sülh və sakitlik gətirdin; sevin, çünki şər mələkləri cəhənnəmə endirdin.

Sevin, mələklərin ordusunu və görünməz dünyanın qoşunlarını şərin məhvinə yönəldən; sevin, görünən dünyanın ünsürlərinin üsyanını və qiyamını görünməz əhilləşdirən.

Sevin, ruhani dünyanın şər ruhları ilə döyüşənlərin ecazkar müdafiəçisi; sevin, bu dövrün sınaqları və günahlarından əldən düşənlərin güclü köməkçisi.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 5

Sənə həsr olunan Xona məbədində özünü ilahi möcüzələrin mənbəyi kimi göstərdin. Çünki orada həm məskən salmış böyük və dəhşətli ilanı öz qüdrətinlə məhv etdin, həm də hər cür bədən xəstəliyi sağaldan bulaq açdın. Belə ki, hamı səni izzətləndirən mələklərin Rəbbi olan Allaha imanla nida etsinlər: HalleluYah.

 

İkos 5

Ey möcüzəli Mikayıl, mələklər ordusunun arasında parlayan böyük bir nur mənbəyi olduğunu eşidib bildiyimiz üçün, Allahdan və Əqdəs Validədən sonra sənə ümid bəsləyirik; şəfəqinin nuru ilə işıqlandır, səni belə səsləyən bizləri:

Sevin, seçilmiş xalqın səhrada bələdçisi və müdafiəçisi; sevin, Sina dağında Musa ilə verilən Tövratın vasitəçisi.

Sevin, çünki vasitənlə İsrailin hakimləri və rəhbərləri qüvvət və müdafiə aldılar; sevin, çünki vasitənlə yəhudi nəbiləri və baş kahinləri hər şeyi bilən Allahdan idrak aldılar.

Sevin, çünki Allahdan qorxan qanunvericilərə səmavi hikmət verirsən; sevin, çünki ədalətli və saleh əməllər edənlərin qəlbinə mərhəmət verirsən.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 6

Manoah səni, Allahın hökmlərinin müjdəçisini görəndə yer üzündə yaşamayacağını düşünərək şübhə və qorxu ilə doldu, lakin arvadından sənin gözəl görkəmini, sözlərinin həlimliyini və sənin sözünə uyğun olaraq onun oğlu olan Şimşonu dünyaya gətirəcəyini öyrənib, sevinc və şükürlə Allaha yalvardı: HalleluYah

 

İkos 6

Nun oğlu Yeşuaya insan surətində və heyrətamiz şəkildə izzətlə görünüb dedin: “çarığını ayağından çıxart; mən Rəbbin ordusunun sərəsgəriyəm". Sənin belə aşkar olmağına heyran qalaraq, sənə məhəbbətlə səslənirik:

Sevin, çünki padşahların taclarını sayıqlıqla qoruyan keşikçisən; sevin, Allahdan verilən səlahiyyətə qarşı çıxanları yatırdan.

Sevin, camaat arasındakı hərc-mərcləri sakitləşdirən; sevin, çirkin adətlərin görünməz məhvedicisi.

Sevin, çünki çaşqınlıq vaxtında şübhədə olanları nurlandırırsan; sevin, çünki sınağa çəkilənləri zərərli şərdən azad edirsən.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 7

Bəşər övladlarının qismətinin təsadüfi olmadığını, lakin daima Onun sağ əlində olduğunu göstərmək istəyən aləmlərin Rəbbi səni yer üzünün padşahlıqlarına himayədar və mühafizəçi kimi göstərdi ki, qəbilələri və xalqları Allahın əbədi Padşahlığına hazırlayasan; Buna görə də hamı bəşəriyyətin xilası yolunda böyük xidmətini görərək, Allaha şükür edirlər: HalleluYah.

 

İkos 7

Ey sərəsgər! Sənin öz adına həsr olunmuş kilsəni çay basmasın deyə, suyu yerin altına axmasını əmr etdin və beləliklə bütün möcüzələrin Xaliqi və Rəbbi Sənin vasitənlə bizə yer üzündə belə bir yeni möcüzələr göstərdi: bunu görən müqəddəs Arxip öz ruhani övladları ilə birlikdə minnətdarlıqla Sənə belə səsləndilər:

Sevin, Allahın müqəddəs məbədlərinin sarsılmaz hasarı; sevin, Məsihi inancının düşmənlərinə qarşı yenilməz divar.

Sevin, Sənə itaət edir bütün ünsürlər; sevin, önündə məhv olur pis niyyətlər.

Sevin, imanlılara Qadir Allahın taxtından sevinc göndərən; sevin, imansızları salehlik və həqiqət yoluna yönəldən.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 8

Ey Allahın sərəsgəri, Ambaqum peyğəmbər sənin qüdrətinin qəribə bir möcüzəsi gördü, çünki Allahın əmrinə görə, şirlərlə bir yuvada həbs edilmiş Daniel peyğəmbərə yemək vermək üçün onu sürətlə Yəhudeyadan Babilə apardın; Buna görə də, sənin böyük qüdrətinə heyran qalaraq, sənə imanla səsləndi: HalleluYah.

 

İkos 8

Ucalardasan, ey Mikayıl, İzzət Padşahının taxtının qarşısında durmusan, lakin yerdə olanlardan da uzaq deyilsən və insanın xilası üçün düşmənləri ilə daim vuruşursan. Buna görə də həsrətlə arzuladığı səmavi vətənə çatmaq istəyənlər bir səslə sənə belə sözlərlə səslənir:

Sevin, mələklərin üçlü-əqdəs nəğməsinin ilk ifaçısı; sevin, bəşəriyyətin əbədi şəfaətçisi və müdafiəçisi.

Sevin, doğru danışanların və mərhəmətlə yaşayanların qüdrətli müdafiəçisi; sevin, heyrətamiz şəkildə təkəbbürlü fironu və imansız misirliləri məhv edən.

Sevin, sadiq yəhudilərə səhrada izzətlə rəhbərlik edən; sevin, Babildəki od kürəsinin alovunu jaləyə çevirən.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 9

Müqəddəs Afon dağının bütün rahibləri şərəfsiz pulpərəstlər tərəfindən boynuna böyük bir daş asıb dənizə atılan saleh gənci necə xilas etdiyinə baxıb sevinc titrəməsinə gəldilər; buna görə də adınla bəzədilmiş onu qəbul edən rahibxana sakinləri Rəbbə şükürlərlə səslənirlər: HalleluYah.

 

İkos 9

Natiqlərin sözləri və filosofların düşüncələri Sənin gücündən xəbər verməyə kifayət etməz, ey Mikayıl, cünki sən bir gecə içində Aşşur padşahı Sanxerivin yüz səksən beş min əsgərini qırdın ki, o, bir daha Rəbbin İsminə küfr söyləməsin. Biz isə, həqiqi Allahın izzəti naminə sənin müqəddəs qeyrətini izzətləndirərək, sevinclə Sənə səslənirik:

Sevin, Haqq-İqrari orduların müzəffər sərəsgəri; sevin, bidətli qoşunların qorxu və devrilməsi.

Sevin, çünki haqq imanını və Allahın əsl dinini əkirsən; sevin, çünki zərərli bidətlərin və təfriqələrin kökünü kəsirsən.

Sevin, saleh makkabiləri döyüş meydanında dəfələrlə gücləndirirdin; sevin, Antakyanın sərdarı günahkar İliodoru məbədin özündə zərbələdin.

Sevin, ey ulu sərəsgər Mikayıl, səmavi ordu ilə birgə.

 

Kondak 10

Xilas olmaq istəyən bizə köməkçi ol, ey Allahın sərəsgəri. Bizi təhlükələrdən və sınaqlardan, xüsusilə pis vərdişlər