Patriarxın müraciətləri
Moskva və bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin arxipastırları, keşişləri, dyakonları, rahibləri və bütün sadiq övladlarına Milad müraciəti
Əziz Tanrı aşiqləri arxipastırlar,
möhtərəm atalar, tanrısevər rahib və rahibələr,
əziz qardaş və bacılar!
Səma və yer Kilsəsinin icma vəhdətində Təcəssüm etmiş Tanrını tərənnüm etdiyi bu gün Tanrımızın və Xilaskarımız İsa Məsihin müqəddəs nurani Miladı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu gün biz yenə də nəzərlərimizi iki min il əvvəl Beyt-Ləhmdə baş vermiş hadisələrə yönəldirik. Biz Pakizə Ananın, mömin Yusifin və Xilaskarın yer üzünə gəlişi barədə ilk olaraq xəbər verilmiş çobanların əhatəsində beşikdə yatan Məsum Körpəni görürük və Yeganə Oğlu vasitəsilə insanlara sülh və rifah əta etmiş Uca Xaliqə sənalar deyən Nurani Güclərin zikrini təkrar edirik.
Kəramətli Qriqori Boqoslov bu bayramın mahiyyətini açıqlayaraq deyirdi: bizim sevincimiz yenidən Tanrının hüzuruna qayıtmamız üçün Tanrının insana gəlişindədir (Kəlam 38). Bu gün həqiqətən Səmavi Padşahlıq bizə yaxınlaşıb (Mf. 3, 2): qədim kəhanətləri icra etmək üçün çoxdan gözlənən Barışdırıcı yer üzünə enib (Varlıq 49, 10), Körpə bizim üçün doğuldu – Oğul bizə verildi; Ona ad verildi; Möhkəm Tanrı, Əbədiyyətin atası, Aləmin knyazı (İs. 9, 6).
Məsih bizə müraciət edərək deyir: “Öz sülhümü sizə verirəm, dünya verdiyi kimi yox, Mən verdiyim kimi” (İn. 14, 27). Tanrının insana əta etdiyi və Xilaskarın mövlud günü mələklərin tərif etdiyi bu sülh nə sülhdür, görəsən? Məgər o gündən sonra yer üzündə kin və ədavət azalıb? Biz hər yerdə “sülh, sülh” deyildiyini eşidirik, amma peyğəmbərin dediyi sülh hələ də yoxdur (İer. 8, 11). Lakin Məsihin miladı ilə yer üzünə nazil olan əsil sülh ağlın qavraya bilməyəcəyi qədər ülvidir (Fil. 4, 7).
O, xarici vəziyyətlərdən asılı deyil və fani həyatın dərd-səri ona hakim kəsilə bilməz. Bu izzətli, yenilməz daxili sülh günahkarlıqdan başqa hər şeydə bizə oxşar olan insan şəkli almış, tariximizə sadəcə təsir etməyən, lakin artıq onda aşkar şəkildə iştirak edən Tanrının Özündə mövcuddur. Bu gün Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı (İn. 1, 14). Tanrı yaxındır, əzizlərim - gəlin bunu heç vaxt unutmayaq və ruhdan düşməyək! Bütün həyat şəraitində bizim gücümüz, güclü ümidimiz və mənəvi rahatlığımız Ondadır.
Mücəssəmə möcüzəsinin təvazökar əzəməti qarşısında baş əyərək və dünyaya gəlmiş Xilaskarı tərənnüm edərək, bununla yanaşı biz bu gün müqəddəs Milad bayramına kölgə salan hərbi hadisələrdən narahat olmaya bilmərik, çünki həvarinin qeyd etdiyi kimi, bədənin bir üzvü əziyyət çəkirsə, bütün üzvlər onunla birlikdə əziyyət çəkir (1 Korinflilərə 12:26). Tarixi Rus xalqlarının başına gələn bu sınaqlarda bizim xristian varlığımıza sadiqliyimizi təsdiqləmək və bir-birimizə məhəbbət göstərmək bizim üçün xüsusilə vacibdir. Bəzən bizə elə gəlir ki, yaxşılıq zəif və müdafiəsizdir və az səyimizdən çox az şey asılıdır. Lakin, belə deyil.
Dəyişməz bir mənəvi prinsip var: özümüzü başqalarına verəndə, qonşumuza vaxtımızı bağışlayanda, maddi imkanlarla kömək etdikdə və ya sadəcə ona diqqət yetirdikdə məhəbbət çoxalır. O zaman biz təkcə dünyanı dəyişdirmirik, həm də özümüzdə çox dəyərli bir şey əldə edirik. Bu sadə, lakin təsirli ruhani qanunda hər bir insanın can atdığı həqiqi sülhün və həqiqi xoşbəxtliyin sirri var. Maddi sərvət və qayğısız həyatın xəyalpərəst illüziyalarının arxasınca qaçan bəzilərinin inandığı kimi, bu xoşbəxtlik uzaqda deyil. Əsl xoşbəxtlik ətrafımızdakılarla məhəbbət və sevinci bölüşməkdə və həyata malik olmaq və ona bol-bol sahib olmağımıza görə təcəssüm edən Tanrını izzətləndirmək üçün yaxşı işlər görməkdədir (İn. 10:10). Məsihi qəlbimizə buraxdıqda və Onun bizim daxilimizdə işləməsinə icazə verəndə ruhumuzda mübarək sülh və əmin-amanlıq hökm sürür (Mf. 11, 29) və biz daxilimizdə olan Allahın Padşahlığının şərikləri oluruq (Luka 17, 21).
Biz doğulan Rəbbi qucaqlamaq istəyirikmi? O zaman gəlin kədərlənənləri qucaqlayaq və əziyyət çəkənlərə təsəlli verək. Məsihə toxunmaq və Şərqin müdrikləri kimi İlahi Körpəyə xoş gələn hədiyyələr gətirmək istəyirikmi? O zaman yaxınlarımıza sevgi və qayğımızı göstərək, ehtiyacı olanlara hər cür mərhəmət göstərək, ümidsizlərə dəstək olaq. Xilaskar şəhadət edir: “Siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmi şoldunuz” (Mf. 25, 40).
“Milad Gecəsi Kainata Sülh və Sükut gətirir!” - Müqəddəs Süryani Əfrəm bəyan edir və cəsarətlə davam edir: “Bu gecə Həlim Olana aiddir, qoy hamı qəzəbi və şiddəti bir kənara qoysun. Bu gün mərhəmət günü doğub, qoy heç kim ona qarşı edilən haqsızlığın intiqamını almasın. Budur, Sevinc günü, qoy heç kim başqasının qəminə və kədərinə səbəb olmasın” (Məsihin Miladı üçün nəğmələr, I).
Gəlin “Səhranın suriyalı peyğəmbərinin” bu heyrətamiz sözlərini dinləyək və qəlbimizi bizim üçün təcəssüm etmiş Rəbbə açaq. Gəlin sevinək, çünki Kainatın Padşahı və Ağası Özü həlimliklə bizə xilas və əbədi həyat bəxş etmək üçün yer üzünə gəlib. Biz isə Yaradanın insanlara olan böyük məhəbbətinə minnətdarlıqla cavab verərək, sınaqlara səbirlə sinə gərməklə, hərarətli dua və Allahın izzəti üçün xeyirxah əməllərlə ruhumuzu müqəddəs edəcəyik.
Əzizlərim, hamınızı Məsihin Mövludunun parlaq bayramı münasibətilə bir daha təbrik edərək, sizin evlərinizə və ailələrinizə sonsuz sevinc və firavanlıq, İlahi Körpə İsadan qüvvət və səxavətli kömək arzulayıram. Qoy İnsansevər Yaradan, tarixin Əsl Rəbbi Öz mərhəmətini Müqəddəs Rus xalqlarına yönəltsin və hamımıza sülh bəxş etsin ki, bir ağız və bir qəlblə Mücərrəd Xilaskarı tərənnüm edək və Tanrının bizimlə olduğuna inandırıcı şəkildə şəhadət edək!
KİRİLL
MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRIARXI
Məsih Miladı
2022 / 2023-cü il.
Moskva
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Rus Pravoslav Kilsəsinin arxipastırlarına, keşişlərinə, dyakonlarına, rahiblərinə və bütün sadiq övladlarına Milad müraciəti
Ey Tanrının sevimlisi arxipastırlar, möhtərəm presviterlər, Tanrı aşiqi rahib və rahibələr, əziz qardaş və bacılar! Diləgətirilməz Tanrı sevgisi bu gün bizi bir yerə toplayıb ki, ruhun birliyində və sülh bağı ilə (Ef. 4,
Moskva və bütün Rusiyanın Patriarxı KİRİLLİN Arxipastırlara, keşişlərə, dyakonlara, Rus Pravoslav Kilsəsinin rahiblərinə və bütün sadiq övladlarına Pasxa müraciəti
Tanrının sevimli arxipastırları, hörmətli presviterlər və dyakonlar, möhtərəm atalar, dürüst rahib və rahibələr, əziz qardaş və bacılar!
Moskva və bütün Rusiya Patriarxı Kirilin Milad bayramı münasibətilə arxipastırlara, keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav Kilsəsinin sadiq övladlarına müraciəti
Rəbbin sevimli arxipastırları, namuslu keşişləri və diakonları, Allahı sevən rahiblər və rahibələr, əziz qardaşlar və bacılar! Mən böyük
Populyar Xəbərlər
Yepiskop Aleksiy Alban-Udi xristian icmasının sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy və Azərbaycanın Alban-Udi xristian icmasının sədri Robert Mobili arasında görüş keçirilib. Görüşdə R.Mobili yepiskop Aleksiyə qədim ...
Yepiskop Aleksiy Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycanın Rus İcmasının sədri M. Y. Zabelin arasında görüş keçirilib. Söhbət zamanı M.Y. Zabelin icmanın yaranması və fəaliyyəti, ...
Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib
Bakı və Azərbaycan yepiskopu Aleksinin Gəncəyə işgüzar səfəri baş tutub. Səfər zamanı yepiskop Aleksiy Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Prezidenti İlham ...