Arxipastır

Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov)
10 aprel 1975-ci ildə Stavropolda anadan olub. 1982-ci ildə vəftiz olunub
1992-1995-ci illərdə Stavropol İlahiyyat Seminariyasında oxuyub. 1995-1999-cu illərdə Sankt-Peterburq İlahiyyat Akademiyasında təhsil alıb.
1999-cu il iyulun 12-də Stavropol şəhəri Həvari Andrey kafedral kilsəsində o diakon rütbəsini, avqustun 1-də isə presviter (keşiş) rütbəsini qəbul edir. 24 avqust 1999-cu ildə o, Allah adamı mübarək Aleksinin şərəfinə Aleksiy adı ilə mantiyanı qəbul edib. Rahibliyə qəbul və əlqoyma ayinləri Stavropol və Vladiqafqaz mitropoliti Gedeon (Dokukin) tərəfindən keçirilib.
1999-cu ildən Stavropol İlahiyyat Seminariyasının müəllimi, 1999-2003-cü illərdə Stavropol İlahiyyat Seminariyasının kitabxana müdiri kimi çalışıb.
1999-2000-ci illərdə Stavropol diyarı, İpatovo şəhəri müq. Feodosiy Çerniqovskiy kiləsinin ruhanisi, 2002-2003-cü illərdə Stavropol şəhəri Müqəddəs Andrey kafedral kilsəsinin ruhanisi, 2002-ci ilin iyul-avqust aylarında Çerkessk şəhəri Allahın Əqdəs Validəsinin Örpəyi kilsəsinin baş keşişi vəzifəsində çalışıb. 2003-2004-cü illərdə Stavropol diyarı, Mixaylovsk şəhəri Rus Torpağının Bütün Müqəddəsləri kilsəsinin ruhanisi, 2004-2012-ci illərdə Allahın Validəsinin “Əlamət” ikonasının şərəfinə kilsənin baş keşişi vəzifəsində çalışıb.
2007-2009-cu illərdə Stavropol Dövlət Universitetinin Tarix fakültəsinin eksternatında oxuyub (ixtisas - tarixçi, tarix müəllimi).
2009-cu ilin sentyabrın 3-dən 2011-ci ilin sentyabrın 28-dək Şpakov rayonu Mixaylovsk şəhərinin kazak generalı S.S. Nikolayev adına Peşə Liseyində Pravoslavlıq tarixi fənnindən dərs deyib; 4 sentyabr 2009-cu ildən 30 may 2011-ci il tarixədək Şpakov rayonu Nadejda kəndinin 14 saylı tam orta məktəbində müəllim işləmiş, “Pravoslav mədəniyyətinin əsasları” fənnindən dərs deyib.
2011-ci il sentyabrın 1-dən Stavropol şəhəri Qafqaz Xalqlarının Dostluğu İnstitutunda ilahiyyat kafedrasının dosentidir.
2011-ci ildə Stavropol şəhərinin Şimali Qafqaz Texniki Universitetini fəlsəfə elmləri namizədi (ixtisas - sosial fəlsəfə) dərəcəsi ilə bitirmişdir.
2011-ci ildən - Stavropol yeparxiyasının dini maarifləndirmə və katexizasiya şöbəsinin sədri vəzifəsində çalışıb.
2011-2012-ci illərdə Stavropol İnşaat Kollecinin Böyük Şəhid Barbara ibadətgahının baş keşişi (əvvəlki vəzifələri davam etmək şərtilə) vəzifəsində çalışıb.
2012-ci ildən Stavropol İlahiyyat Seminariyasının tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
1 sentyabr 2012-ci ildən - Stavropol Şimali Qafqaz Federal Universitetinin Humanitar İnstitutunun Fəlsəfə və Etnologiya kafedrasının dosenti.
2012-2013-cü illərdə - Stavropol şəhəri Həvari Andrey arxiyerey ərazisinin ruhanisi, 2013-cü ildən arxiyerey ərazisinin açar sahibi (əvvəlki vəzifələri davam etmək şərtilə).
2015-2017-ci illərdə Stavropol Şimali Qafqaz Federal Universitetində “İlahiyyat, dövlət-din münasibətləri” ixtisası üzrə magistraturada təhsil alıb və universiteti ilahiyyat üzrə magistr dərəcəsi ilə bitirib.
2018-ci ildən Stavropol diyarının Tatarka kəndində Allahın Əqdəs Validəsinin “Bütün qəmqinlərin sevinci” ikonasının şərəfinə kişi monastırının rahibi olub.
2018-ci ildə Şimali Qafqaz Federal Universitetində ixtisasartırma kursu keçib (ixtisas - ali təhsil məktəbində fəlsəfi fənlər müəllimi)
2018-ci ildən - Stavropol İlahiyyat Seminariyasında ruhanilər üçün təkmilləşdirmə kurslarının rəhbəri; 2023-cü ildən - Stavropol İlahiyyat Seminariyasının nəznində rahiblər üçün ilahiyyat sahəsində əsas təlim kurslarının rəhbəri.
2023-cü ildə Azov şəhərinin “Uçitel-Info” MMC-də qiyabi olaraq ixtisasartırma kursunu bitirmişdir (ixtisas – təhsildə menecment, təhsil üzrə menecer).
Müqəddəs Sinodun 30 may 2024-cü il tarixli qərarı ilə (jurnal No 49) Bakı və Azərbaycan yepiskopu seçilmişdir.
2024-cü il iyunun 2-də Stavropol şəhəri Müqəddəs Andrey kafedral kilsəsində keçirilən Liturgiya zamanı Stavropol və Nevinnomıssk mitropoliti Kirill tərəfindən arximandrit rütbəsinə yüksəlib.
12 iyun 2024-cü ildə Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin taxt zalında yepiskop olaraq adlandırıldı. İyunun 13-də Moskvanın Böyük Merac kilsəsində Liturgiya zamanı yepiskopluq əlqoymasını qəbul etdi. Əlqoyma ayininə Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirill başçılıq edib.
Təhsili:
1995 - Stavropol İlahiyyat Seminariyası.
1999 - Sankt-Peterburq İlahiyyat Akademiyası.
2009 - Stavropol Dövlət Universiteti (eksternat).
2011 - Stavropol Şimali Qafqaz Texniki Universiteti (fəlsəfə elmləri namizədi).
2017 - Stavropol Şimali Qafqaz Federal Universiteti (qiyabi, İlahiyyat magistri).
2018 - Stavropol Şimali Qafqaz Federal Universiteti (peşə ixtisasartırması).
2023 - "Uçitel-Info" MMC, Azov (peşə ixtisasertması, qiyabi).
Bölmə üzrə Menyu
Populyar Xəbərlər
21.07.2026
5221 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...
23.08.2026
48Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
19.07.2026
45Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...


