Bakı yeparxiyasının kilsələri
Bakı şəhəri müqəddəs həvari Bartalmay (Varfolomey) kilsəsi
2 noyabr 1903-cü il[1]
1882-ci ilə qədər Biləcəri kilsəsinin yerində Bakı şəhərindən Petrovska (indiki Mahaçqala) qədər 10-15 arabaçısı olan birinci sürətləndirici stansiya[2] var idi.
1883-cü ilin əvvəlində Nəqliyyat Nazirinin mayın 7-də açılmasına icazə verdiyi Zaqafqaziya Dəmiryolunun tikintisi başa çatdı və Biləcəri Bakıdan sonra 5-i pravoslav olmaqla 10 işçisi olan ilk dəmir yolu stansiyası oldu. Bu stansiya 1897-ci ilə qədər, Vladiqafqaz Dəmir Yolu Petrovsk-Bakı xəttini çəkməyə başlayana və Biləcəri tikinti zamanı son stansiyaya çevrilənə qədər belə vəziyyətdə qaldı (Biləcəridən Bakıya artıq yol var idi).
1900-cü ildə xəttin tikintisi başa çatdı və Biləcəri qovşaq olaraq işçilərin çoxluğuna görə əhəmiyyətli məskunlaşma yerinə çevrildi. Biləcəri prixodunun[3] bütün tərkibi demək olar ki, hər iki yolun, Zaqafqaziya və Vladiqafqaz yollarının əməkdaşlarından ibarət idi. 1900-cü ilin rəsmi məlumatına görə Biləcəri stansiyasında 534 nəfər işçi çalışırdı, onlardan 74-ü digər xristian məzhəbi və qeyri-xristian mənsubu, 460 nəfər isə pravoslav mənsubu idi. Ümumilikdə, Biləcəridə 940 pravoslav yaşayırdı, ailələri ilə birlikdə.
Bakı şəhərindən uzaqda olduqları üçün kilsə binasına və prixod keşişinə böyük ehtiyac hiss edən Biləcəri stansiyasının əməkdaşları Bakı dairəsinin məsul keşişi protoiyerey Aleksandr Yunitskinin təşəbbüsü ilə 1902-ci ildə Gürcüstanın ekzarxı arxiyepiskop Aleksiy həzrətlərinin Biləcəridən keçərkən Biləcəridə kilsəsinin tikintisi və ayrıca keşişin təyin edilməsi xahişi ilə Aleksiy həzrətlərinə müraciət etdi. Biləcəri camaatının xahişini qəbul edən ekzarx həzrətləri A.Yunitskinin topladığı vəsait hesabına Biləcəridə kilsənin tikintisinə icazə verdi.
Hələ 1899-cu ilin sonlarında, Petrovsk[4]-Bakı dəmir yolunun Bakı hissəsinin tikintisi artıq başa çatdıqda, “inşaat qatarları” deyilən qatarlar işə salındı (sərnişin qatarlarının hərəkət cədvəli artıq elan olunsa da, onlar hələ yola çıxarılmamışdır) və sərnişinləri Biləcəri stansiyasından Dərbəndə aparırdı. Eyni zamanda, sərnişinlərdən gediş haqqı tutulurdu, lakin bu gediş haqqı Vladiqafqaz Dəmiryol Cəmiyyətinin xeyrinə deyil idi. Rüsum xeyriyyə məqsədi ilə təyin edilmişdir: bu yolla yığılan pulla üç məktəb-kilsə tikilməli idi: Biləcəri, Xaçmaz və Dərbənd stansiyalarında. Həmin stansiyalarda pul yığmaq üçün xüsusi küplər quraşdırılmışdır. 31 oktyabr 1899-cu ildə küplər açıldı və onların içərisində təxminən 4200 rubl var idi. Bu məbləğ oktyabrın18-dən 30-dək olan müddətdə sərnişinlərdən məktəb-kilsə xeyrinə alınan məbləğ idi. Bundan sonra Biləcəri stansiyasından Dərbəndə inşaat qatarlarında gediş haqqı siniflərə görəvmüəyyən edildi: 3-cü sinifdə - 2 rubl, 2-ci sinifdə - 4 rubl (bundan əvvəl bu bölmədə ümumiyyətlə 2-ci sinif yox idi) və 1-ci sinifdə - 6 rubl. Cədvəl üzrə sərnişindaşıma xidmətinin açılışına qədər rüsumlar yalnız xeyriyyə məqsədləri üçün toplanırdı.
Protoiyerey Yunitskinin sədrliyi ilə xüsusi tikinti komitəsi yaradıldı. Bakı quberniya memarı və müşaviri N.Ye. Marçenkoya kilsə üçün bir plan hazırlamaq tapşırıldı və həmin plan artıq 1903-cü il fevralın əvvəlində Quberniya Şurası tərəfindən təsdiqləndi. 1903-cü il aprelin 23-də Biləcəri kilsəsinin təməl daşı qoyuldu və məbədin tikintisinə başlandı. Avqust ayında məbədin tikintisi başa çatdı. Kilsə daş bünövrə üzərində taxtadan tikilib, bir günbəzli olub və 300-ə qədər ibadət edəni qəbul edə bilirdi. Tikintidən sonra məbədin planı saxlanmaq üçün Gürcüstan Yeparxiya Məktəb Şurasının Bakı şöbəsinə verildi. Kilsə Bakı quberniya hakimiyyətin memarı N.Ye.Marçenko-nun planına uyğun olaraq, onun nəzarəti ilə tikilmişdir.
Kilsə protoiyerey A. Yunitskiy tərəfindən 12 il müddətinə (illik 25 rubl ödənişlə) icarəyə götürülmüş şəxsi torpaqda tikilmişdir. Əvvəllər komitə Zaqafqaziya və Vladiqafqaz Dəmir Yolları İdarəsindən kilsə tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etsə də, rədd cavabı alıb.
1903-cü il avqustun 25-də Bakı həbsxana kilsəsindən Tiflis quberniyasının Belıy Klyuç qəzasına təyin olunmuş Podolsk İlahiyyat Seminariyasının məzunu keşiş Venedikt Qorodetskiy kilsə və məktəb təşkil etmək üçün üçün Biləcəri stansiyasına göndərildi.
Qismən imanlıların və Vladiqafqaz Dəmiryolunun rəhbəri İ.D. İnozemtsev-in könüllü ianələrindən, qismən kredit hesabına kilsə təqdis olunma üçün 25 oktyabr 1903-cü ilə qədər lazım olan hər şeylə təmin edildi və həmin il noyabrın 2-də Bakı dairəsinin məsul keşişi, protoiyerey Aleksandr Yunitskiy məbədi Bakı qubernatoru, general-mayor D.A.Odintsov-un iştirakı ilə, Bakı həbsxana kilsəsinin keşişi ata Aleksey Pospelov və Zyud-Ostov Kultuksaya kilsəsinin keşişi ata Arkadiy Qorodetskinin müşayiəti ilə həvari Varfolomey şərəfinə təqdis etdi.
Kilsə əməkdaşı Nagornıy, kilsənin təqdis mərasiminin təyin edilməsindən 6 ay əvvəl, Vladiqafqaz dəmir yolunun Biləcəri stansiyasının rəhbəri Vladimir Okuliç tərəfindən təşkil edilən kilsə xoru ilə hazırlıqlar keçirib. Okuliç, 1903-cü il noyabrın 1-də imanlılar tərəfindən kilsə ağsaqqalı seçildi.
1903-cü il dekabrın 1-də kilsənin nəzdində 26 şagird üçün bir sinifli qadın prixod məktəbi açıldı.
1903-cü il dekabrın 21-də Biləcəridən keçərək Tiflisə gedən Gürcüstan ekzarxı Aleksiy həzrətləri stansiyada yeni tikilmiş kilsəyə baş çəkdi. Burada onu ruhanilər, xor və dəmiryol müdiriyyəti qarşıladılar. Kilsədə olduğu müddətdə Aleksiy həzrətləri ətrafdakılara xeyir-dua və nəsihətlər verdi. “Uzun ömür diləyi” ilahisinin sonunda Aleksiy həzrətləri yeni tikilmiş kilsənin abadlaşdırılmasında göstərdiyi səylərə görə Vladiqafqaz dəmir yolunun Biləcəri stansiyasının rəisi cənab Okuliç-ə səmimi minnətdarlığını bildirdi. 1904-cü il yanvarın 20-də kilsəni təqdis etmək üçün Balaxanıya gedən Gürcüstan ekzarxı arxiyepiskop Aleksini stansiyada Biləcəri kilsəsinin bir çox imanlıları və prixod məktəbinin bütün müəllim və şagirdləri qarşıladılar. Vaqondan çıxanda tələbələr “Layiqdir” ilahisini oxuyaraq ekzarx həzrətlərini qarşıladılar. Qatarın dayandığı müddət boyunca (təxminən 40 dəqiqə) ekzarx həzrətləri kilsə üzvləri, müəllimlər və tələbələrlə səmimi söhbət etdi. Ekzarx həzrətlləri “ispola eti despota”(“ağamıza uzun ömür”) ilahisi ilə yola salındı.
1903-cü il yanvarın 25-də axşam saat 9 radələrində kilsə gözətçisinin səhlənkarlığı ucbatından Biləcəri məbədi yanğına məruz qaldı. İmanlıların təcili səyləri ilə yanğın tez bir zamanda lokallaşdırıldı, bunun sayəsində yalnız qarovulxananın yerləşdiyi zəng qülləsinin yuxarı hissəsi ciddi şəkildə zədə aldı. Pasxa bayramı üçün məbəd tamamilə təmir edildi; İki otaqlı yeni qarovulxana tikildi və bütün kilsə həyəti taxta hasarla əhatə olundu. Kilsənin təmiri, qarovulxananın və hasarın tikintisi üçün materialı kilsə ağsaqqalı V.Okuliç tərəfindən təmin edildi.

Müq. Həvari Bartalmay (Varfolomey) Biləcəri dəmir yolu kilsəsi (ehtimal)
Biləcəri kilsəsi Bakıdan 14 verst (təxminən 15 km) aralıda yerləşirdi. Bu, Bakı dairəsinin Bakı şəhəri və onun ətraf ərazilərindən kənarda yerləşən yeganə kilsə idi.
1909-cu ildə şəhər rəisi, polkovnik-leytenant Martınov-un Biləcəri stansiyasına və yerli pravoslav kilsəsinə səfəri zamanı keşiş Gorodetskiy kilsənin ehtiyaclarını onun diqqətinə çatdırdı: kilsənin tikildiyi torpaq sahəsinin kilsəyə verilməsi zərurəti, həmçinin qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması, çünki indiyədək ölənlər xüsusi mülkiyyətdə olan, icazəsiz zəbt olunmuş torpaqlarda basdırılır. P.İ. Martınov bu vəsatətin təmin olunmasında köməklik göstərəcəyini vəd etdi.
1913-cü ildə fevralın 21-də Romanovlar sülaləsinin taxta çıxmasının 300 illiyi qeyd olunurdu. Bu əlamətdar hadisə ilə əlaqədar Vladiqafqaz dəmir yolunun işçiləri tərəfindən Zaqafqaziya və Vladiqafqaz dəmir yollarının qovşağı olan Biləcəri stasiyasında yeni daşdan olan dəmir yolu kilsəsi tikmək qərarı qəbul edildi. Bu məqsədlə könüllü ianələrin toplanmasına başlanıldı və toplanan vəsaitlə tikinti işləri başlandı. Yeni kilsə 1913-cü ilin fevralında hazır idi. Məbədin təqsid edillməsi 1913-cü il fevralın 21-dən, bütün Rusiya İmperiyasında çar sülaləsinin 300 illiyinin təntənəli qeyd edilməsindən sonra qərara alındı.
Lakin Vladiqafqaz Dəmiryolunun rəisi, həqiqi dövlət müşaviri Kriger-Voynovskiy o vaxt ezamiyyət səbəbindən işdə olmadığından və dəmir yolu kilsəsinin təqdis mərasimində şəxsən iştirak etmək istəyindən Biləcəri kilsəsinin baş keşişinə teleqramla müraciət etdi və təqdis mərasiminin bir neçə gün təxirə salınmasını xahiş etdi. Məsul keşiş bu barədə Bakı yepiskopu Qriqoriyə məlumat verdi. Yepiskop Biləcəridə yeni kilsənin təqdis mərasiminin martın 17-nə təxirə salınmasına razı olduğunu bildirdi.
Təyin olunmuş gündə Vladiqafqaz Dəmiryolunun rəisi, həqiq dövlət müşaviri (hdm) Kriger-Voynovskiy dəmir yolu idarəsinin yüksək vəzifəli şəxslərinin müşayiəti ilə Biləcəri stansiyasına gəldi. Qriqoriy həzrətlərinin Bakıdan Biləcəriyə gəlməsi üçün xüsusi qatar ayrılmışdır. Biləcəri stansiyasına çatan zaman yepiskop Qriqorini Vladiqafqaz Dəmiryolunun rəisi, hdm Kriger-Voynovskinin, Vladiqafqaz Dəmir Yolu Jandarm Polis İdarəsinin Dərbənd şöbəsinin rəisi knyaz Tavqiridzenin, polkovnik-leytenant Poltoratskinin və başqalarının başçılığı ilə Vladiqafqaz Dəmir Yolunun rəsmiləri qarşıladılar. və başqaları.
Romanovlar sülaləsinin 300 illik hakimiyyətinin şərəfinə Vladiqafqaz dəmir yolu işçilərinin vəsaiti hesabına tikilmiş Müqəddəs Həvari Varfolomey dəmir yolu kilsəsinin təqdis mərasiminə, protoiyerey A. Yunitskinin, dəmir yolu kilsələri ruhanilərinin, arxiyerey xorunun müşayiəti ilə Bakı yepiskopu Qriqoriy həzrətləri başçılıq etdi. Kilsənin təqdis etmə ayinini yerinə yetirib və İlahi Liturgiyanı keçirdikdən sonra Qriqoriy həzrətləri tədbirdə iştirak edənlərə əlamətdar hadisəyə uyğun bir xütbə ilə müraciət etdi. İbadətin sonunda dəmiryol klubunun binasında məbədin təqdis mərasimində iştirak edən bütün rəsmilərin dəvət olunduğu şam yeməyi verildi. Nahardan sonra məclis sahiblərinə səmimi qəbula görə təşəkkürünü bildirən Kriqer-Voynovskiy Dərbəndə yola düşdü, yepisop Qriqoriy isə kilsədə axşam duasını edəndən sonra ruhanilərin müşayiəti ilə xüsusi qatarla Bakıya qayıtdı.
Biləcəri stansiyasında Həvari Varfolomey adına yeni daş dəmir yolu kilsəsi tikildikdən sonra köhnə taxta kilsə tezliklə ləğv edildi.
Çox vaxt keçmədən, stansiya müdiri İ.F. Plaxov Zaqafqaziya Dəmir Yolları İdarəsində məsələ qaldırır ki, Biləcəri stansiyasında dəmiryol işçilərinin övladları üçün məktəb yoxdur və 70 nəfər məktəbli yaşında olan bu uşaqlar hər gün Bakıya getməli olurlar. Qəzaların qarşısını almaq və yetkinlik yaşına çatmayanların daimi səyahəti ilə bağlı narahatlığı aradan qaldırmaq üçün Xalq Məktəbləri Müdirliyi 1913-cü il sentyabrın 1-dən Zaqafqaziya dəmir yollarının və ya hər hansı digər idarənin işçilərinin övladları olmasından asılı olmayaraq yerli sakinlərin bütün övladlarının təhsil alması üçün Biləcəri stansiyasında Xalq Təhsil Nazirliyinin ibtidai məktəbini açmağı mümkün hesab etdi.
Biləcəridə məktəb işinin əsas təşəbbüskarı olan yerli keşiş Gorodetskiy imanlılarla birlikdə və Bakı yepiskopunun razılığı ilə açılan məktəbin ehtiyacları üçün Xalq Məktəbləri Müdrliyinə ləğv edilmiş taxta kilsənin binası təhvil edilmişdir. Həmçinin kilsə binasının məktəbin ehtiyaclarına uyğunlaşdırılması və müəllim heyəti üçün yaşayış evlərinin tikintisi üçün 3000 rubl məbləğində subsidiya istənilmişdir. Bundan əlavə, Müdirlik müvafiq bina ayrılacağı təqdirdə dövlət vəsaiti hesabına daha yüksək tipli ibtidai məktəb açılacağını vəd etmişdir. Belə bir məktəb bütün növ orta təhsil müəssisələrinin 5-ci sinfinə imtahansız keçmək hüququnu təmin edirdi. Buna görə də cənab Plaxov Heybət stansiyasından Biləcəri stansiyasına əvvəllər 1914-cü ildə ləğv edilmiş kerosin stansiyasına xidmət edən iki taxta yaşayış binasının köçürülməsini və bu evlərin aşağı və yüksək, həmçinin dəmir yolu işçiləri üçün axşam kursların keçiriləcəyi məktəblər üçün uyğunlaşdırılmasını xahiş etmişdir.
1914-cü ildə yol və bina təmiri xidmətinin 22-ci distansiyasının rəisi mühəndis N.V. Andreyev öz təşəbbüsü ilə Biləcəri dəmiryolu kilsəsinin dəmir hasarını tikdi, çünki kilsə bir neçə ildir ki, köşklərdən və digər yaşayış binalarından heç bir şəkildə ayrılmamışdır.
1919-20-ci illərdə Biləcəri müq. Varfolomey kilsəsinin baş keşişi ata Ye. Pokrovskiy olub.
Müqəddəs həvari Varfolomey (Bartalmay) kilsəsinin nə vaxt bağlandığı barədə məlumat yoxdur.
2000-ci illərin əvvəllərində keçmiş kilsə binasında çörək sexi yerləşirdi.

.jpg)

Ədəbiyyat:
A. I. Yunitskiy. Bakı quberniyasının kilsə və prixodlarının tarixi. (1815-1905)
1899-1914-cü illər üçün "Kaspi" qəzeti.
[1] 1917-ci ildən əvvəlki bütün tarixlər köhnə təqvimə görə göstərilib.
[2] Sürətləndirici stansiya – sürətləndirici (poçt üçün) atları olan poçt stansiyası; atların dəyişdirildiyi, arabaçıların istirahət yeri, mehmanxanası və tövləsi olan stansiya.
[3] Prixod burada Rusiya İmperiyasının inzibati-ərazi vahidi kimi başa düşülür.
[4] Petrovsk - indiki Mahaçqala.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi
Məbəd 1909-cu ildə 206-cı piyada Səlyan alayının kilsəsi kimi inşa edilmişdir. İlkin olaraq ona Arxangel Mixail adı verilmişdir. Sövet dövründə kilsə ilk bağlanan kilsələrdən biri olmuşdur – 1920-ci ildə. Bina qeyri-təyinatı
Populyar Xəbərlər

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Xristianlıq Azərbaycanda qədim tarixə malikdir. İndiki Azərbaycan ...

Yepiskop Aleksiy və mitropolit Kirill yeparxiyalararası əməkdaşlıq məsələlərini müzakirə ediblər
Stavropol Yeparxiya İdarəsində Stavropol və Nevinnomıssk mitropoliti Kirill və Stavropolda rəsmi səfərdə olan Bakı və Azərbaycan yepiskopu Aleksiy arasında görüş keçirilib. Arxipastırlar bir-birini salamlayıb və yeparxiyalararası ...

Nic kəndində Müqəddəs Elişanın xatirəsi anılıb
Müqəddəs Elişa, Həvari Taddayın şagirdi və Qafqaz Albaniyasında İncilin ilk təbliğçisi idi. Qədim dövrlərdən bəri Cənubi Qafqaz ərazisində bu müqəddəsə çoxlu kilsələr həsr olunmuşdur. Onlardan biri də Qəbələ rayonunun ...