Yeparxiya bugün

Bakı və Azərbaycan Yeparxiyası – Azərbaycan ərazisində pravoslav xristianlarını Bakı şəhərinin mərkəzi ilə birləşdirən Rus Pravoslav Kilsəsinin yeparxiyasıdır. Bakı-Azərbaycan Yeparxiyasının kanonik sərhədləri Azərbaycan Respublikasının sərhədləri ilə üst-üstə düşür.

Yeparxiya Bakı və Azərbaycan yepiskopu, Aleksiy Həzrətləri tərəfindən idarə olunur.

31 dekabr 2023-ci il tarixinə olan məlumata görə, Bakı və Azərbaycan yeparxiyasında 7 kilsə ilə olan icma, 2 ibadətgah, 4 ibadət otağı və ibadət otaqları olmayan bir neçə dini icma vardır. Yeparxiyanın keşişlər Pirallahi (Artyom) adada və respublikanın Sabirabad, Saatlı, Qusar və digər rayonlarında yaşayan dindarların mənəvi tələbatlarını məmnum etmək üçün ziyarət edirlər.

Bakı yeparxiyasının kilsələrin (prixodların), ibadətkahların və ibadət otağların siyahısı:

  • Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsi
  • Bakı şəhərin Tanrıdoğuran Mövlüdü kilsəsi
  • Bakı şəhərin Arxangel Mixail kilsəsi
  • Gəncə şəhərin Aleksandr Nevski kilsəsi
  • Xaçmaz şəhərin müqəddəs Nikolay kilsəsi
  • Sumqayıt şəhərin müqəddəs Serafim Sarovski kilsəsi
  • Lənkəran şəhərin Tanrıdoğuranın Himayədarlıq kilsəsi
  • Rusiya Səfirliyin yanında Aleksandr Nevski ibadətkahı (Bakı şəhəri) 
  • Belarus Səfirliyin yanında Kirill Turovski ibadətkahı (Bakı şəhəri)
  • 4 saylı cəzaçəkmə müəssisəsi yanında böyük şəhid müqəddəs Qandallarıqıran Anastasiya ibadət otağı
  • 10 saylı cəzaçəkmə müəssisəsi yanında böyük şəhid müqəddəs Müzəffər Georgi ibadət otağı

 

31 dekabr 2023-ci il tarixinə olan məlumata görə, Bakı və Azərbaycan yeparxiyasında 35 ruhani var. Onlardan:

  • Keşişlər – 21
  • Diakonlar – 10
  • Ağ ruhanilər – 25
  • Rahiblər – 6
  • Ştatda olanlar – 27
  • Ştatdan haricilər  – 4

 

Populyar Xəbərlər

Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər
01.11.2026
74
Yeparxiya xəbərləri

Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər

8 Noyabr – 44 günlük Vətən müharibəsində Qələbə Günü ərəfəsində Bakı Yeparxiyasının gənclər hərəkatının fəalları II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri ...

Gəncəyə arxıpastır səfəri
12.09.2026
56
Yeparxiya xəbərləri

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
55
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral ...

Xəbərlər