Xəbərlər 2023
Bazar günü məktəbinin şagirdləri dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmisində olublar
Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin nəznində fəaliyyət göstərən uşaqlar üçün bazar günü məktəbinin yuxarı qrupunun şagirdləri dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmisində olublar. Mədəni tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması çərçivəsində təşkil olunub. Ekskursiya zamanı uşaqlara Xəzər dənizi ilə bağlı maraqlı faktlar, ölkəmizdə gəmiçiliyin inkişafı, Abşeronda neft hasilatı və onun nəqli haqqında danışılıb. Həmçinin gənc ekskursiyaçılar gəmiçiliyin ayrılmaz atributları olan naviqasiya vasitələri, gəmilərin istismarında istifadə olunan avadanlıqlar, gəmi təmiri doklarının iş prinsipi ilə yaxından tanış ola bilmişlər. Gəmilərin yanalmasında istifadə olunan düyünün bağlanması üzrə master-klass, eləcə də simulyatordan istifadə edərək tankeri yanalma körpüsünə bağlamaq və açıq dənizdə gəmi sürərkən özünü kapitan kimi hiss etmək imkanı uşaqları çox sevindirdi.
Azərbaycan dənizçilərinin topladığı balıqqulağı kolleksiyası, dəniz naviqasiyasına aid ən nadir eksponatlar, dəniz nəhəngləri hesab edilən gəmilərin maketləri, ekipajın məişəti ilə tanışlıq və s. uşaqlarda və onları müşayiət edən böyüklərdə əsl maraq oyatmışdır.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...