Xəbərlər 2023
Bakı şəhəri Mübarək Məryəmin Mövludu böyük kilsəsində kilsənin taxt-taxc bayramı qeyd edilib
Sentyabrın 21-də Kilsə Allahın Əqdəs Validəsi Məryəm Ananın Mövludu şərəfinə bayram keçirir. Həmin gün 1926-cı ildə Sabunçu dəmiryolu vağzalın yanında tikilmiş Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kiləsinin taxt-tac bayramı qeyd olunur. Bayram ərəfəsi və bayram günündə kilsədə keçirilən ibadətlərə Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt başçılıq edib. İlahi Liturgiya zamanı arxiyereyi paytaxt kilsələrinin baş keşişləri və ruhaniləri müşayiət ediblər. İbadət zamanı bəzi ilahilər, yekteniyalar, dualar və İncil azərbaycan dilində səsləndirildib.
Ənənəyə uyğun olaraq kilsə ətrafında dini yürüş keçirildi. Yürüşün sonunda arxiyepiskop Feofilakt toplaşanlara arxipastır sözü ilə müraciət etdi. İbadətdə iştirak edənlərin hamısı kİlsənin həyətində təşkil olunmuş bayram süfrəsinə dəvət olundular.
Həmçinin arxipastır xüsusilə qeyd etdi ki, yeparxiyanın səyləri nəticəsində tarixdə ilk dəfə ibadət zamanı istifadə olunan altar İncili azərbaycan dilində gün işığını görüb. Azərbaycan dilində altar İncilin əl işi cildlərində və arxiyepiskop həzrətləri tərəfindən şəxsən imzalanmış ilk nüsxələri tərcümə və nəşr işində iştirak edənlərə təqdim edilmişdir. Bakı Yeparxiya İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) arxiyepiskop Feolfilakt həzrətlərinə keçirilən ibadətlərə və Azərbaycanın pravoslav icmasına göstərdiyi daimi qayğısına görə minnətdarlığını bildirərək qeyd etdi ki, məhz bu günlərdə Azərbaycanın sakinləri xüsusi, taleyüklü bir dövrü yaşayır; ölkə öz tarixinin yeni, düşmənçilikdən və qarşıdurmadan azad, yalnız sülhün və quruculuğun yer alacağı səhifəsini yazmaq fürsətini əldə edib.
Həmin gün arxiyepiskop Feofilakt din xadimləri ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəfn olunduğu yeri ziyarət edib və dirçəldilmiş Bakı yeparxiyasının birinci arxiyereyi - arxiyepiskop Aleksandrın məzarı önündə mərhumlar üçün litiya dua mərasimini keçirib.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...