Xəbərlər 2023
Lənkərandaki Məryəm Ananın Dua Örpəyi kilsəsinə hədiyə olaraq yeni ikonalar təhvil verilib
Müqəddəs Radonejli Serginin xatirəsi günündə müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Rəbb Günü İlahi Liturgiyası keçirilmişdir. Liturgiyanın sonunda kafedralın baş keşişi arximandrit Aleksiy (Nikonorov) Belarusdan olan qonağı salamladı. Bu Belarusun Mogilyov vilayətinin Boquşov qəsəbəsində yerləşən Məryəm Ananın Dua Örpəyi qədim-pravoslav əski-adət prixodunun baş keşişi ata Vladimir Vorobyovun Azərbaycana ilk gəlişi deyil. Bu dəfə xeyriyyəçilərin və Boquşov qəsədəbi Məryəm Ananın Dua Örpəyi icmasının dəstəyi ilə əsas bayramların ikona təsvirləri Lənkəran şəhərinin Məryəm Ananın Dua Örpəyi kilsəsinə hədiyə olaraq hazırlanmışdır. Həmçinin ata Vladimir Bakı yeparxiyasının kilsə xor kollektivlərin rəhbərlərinə: Vaqif Məstanov, Nelli İsrafilova, Mixail Klimov və Kristina Əfəndiyevaya təşəkkürnamələr təqdim etdi. Arximandrit Aleksiy, öz növbəsində, Bakı yeparxiyasına və onun icmalarına göstərilən diqqət və köməyə görə qonağa təşəkkürünü bildirdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...