Xəbərlər 2023
Milli Birlik Gününün qeyd edilməsi çərçivəsində “Metelitsa” Dövlət Rus Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib
Rusiyanın dövlət bayramı — Milli Birlik Gününün qeyd edilməsi çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiya Federasiyasının əməkdar artisti İqor Toninin rəhbərliyi altında “Metelitsa” Dövlət Rus Xalq Çalğı Alətləri Orkestrinin “Ürəkdən ürəyə” adlı konserti keçirilib.
Bayram konserti proqramı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının təşkilatçı dəstəyi və Rusiyanın Azərbaycandakı səfirliyinin köməyi ilə Leninqrad vilayəti Mədəniyyət və Turizm Komitəsi, Bakı Rus Evi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdur.
Rusiyanın Azərbaycandakı səfiri M. N. Evdokimov tamaşaçıların qarşısında salamlama nitqi ilə çıxış edib. Bayram gecəsi K. Əfəndiyevanın rəhbərliyi altında Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsi xorunun ifasında Azərbaycanın və Rusiyanın himnlərinin ifası ilə başlandı.
Konsertdə bir sıra ölkələrin: Belarus, Çin, Serbiya, Tacikistan, Özbəkistan səfirliklərinin nümayəndələri, Rusiya səfirliyinin əməkdaşları, incəsənət xadimləri, ziyalılar, Bakı və Azərbaycan yeparxiyasının nümayəndələri, təhsil müəssisələrinin əməkdaşları, media və digərləri iştirak ediblər.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...