Xəbərlər 2023
Bakıda “Heydər Əliyev - 100: Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı “Heydər Əliyev - 100: Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R. Həsənov, Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan əvvəl iştirakçılar Ümummilli liderin Fəxri xiyabanda məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev və onun tolerant və multikultural Azərbaycan cəmiyyəti quruculuğunda xidmətlərindən bəhs edən film konfrans iştirakçıların diqqətinə təqdim olundu.
Bakı yeparxiyasını tədbirdə Yeparxiya Şurasının katibi protoiyerey Dionisiy Sveçnikov və Yeparxiyanın mətbuat katibi protoiyerey Konstantin Pominov təmsil ediblər.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...