Xəbərlər 2023

Sumqayıtda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Sumqayıtda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Dekabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt regional bölməsinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini T.Səmədov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini A.Xaxverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Y.Abdulla, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibələrində şəhid olanların ailələri, veteranlar və dini icmaların nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra QMİ tərəfindən hazırlanmış “Ulu Öndər və milli-mənəvi dəyərlər” filmi nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Rauf Sərdarov Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki rolundan, dini dəyərlərin qorunması və inkişafı sahəsində genişmiqyaslı fəaliyyətindən və gördüyü işlərdən danışıb.

Tədbirdə Bakı yeparxiyasını Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim pravoslav prixodunun baş keşişi Rostislav Şahvələdov təmsil edib və konfransın mövzusu ilə bağlı çıxış edib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
118

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
109

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
126

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
509
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
457
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
359
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər