Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı Rus Evində pravoslav ikonaların sərgisi açılıb

Bakı Rus Evində pravoslav ikonaların sərgisi açılıb

Bakı şəhəri Rus Evində qədim və müasir ikonalardan ibarət sərgi açılıb.  Sərgidə paytaxtın pravoslav kilsələrində saxlanılan, eləcə də şəxsi istifadədə olan ikonalar nümayiş etdirilir. 
Bakı Rus Evinin rəhbər müavini Dmitriy Yeqorov qonaqları salamlayıb.  Bakı Yeparxiyasının İctimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev ikonanın pravoslav ənənəsində xüsusi yerindən danışıb.  Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin rəssamı və bərpaçısı İnna Bəşirova ikona təsviri sənətin yaranması və inkişafı mövzusunda qısa mühazirə ilə çıxış edib.
Sərginin açılışı çərçivəsində kilsə ilahilərindən ibarət konsert təşkil olundu.  Kristina Əfəndiyevanın rəhbərlik etdiyi Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin xorun ifasında Böyük Orucun ilahiləri səsləndirildi.  Konsertin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina hər bir musiqi əsərindən əvvəl çıxış edərək əsərə xas olan dərin mənəvi-əxlaqi mənadan, onun Əhdi-Ətiq və Əhdi-Cədid tarixi ilə bağlılığından danışıb.
Bakı Yeparxiyasının Bakı Rus Evi ilə birgə təşkil etdiyi tədbirdə Rusiya Federasiyası və Belarus Respublikasının səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri, paytaxtın sakinləri və qonaqları iştirak ediblər.  Tədbir iştirakçıları “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, xorun ifasında “Əbədi Xatirə” ilahisi ifa edilmişdir.



Xəbərlər


Bölmənin digər xəbərləri

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb
23.04.2024
136

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb

Aprelin 19-da Dövlət Şərq Muzeyində (Moskva) Azərbaycan xalqının görkəmli oğlu - XX əsrin əvvəllərinin sənaye xadimi və xeyriyyəçisi, Rusiya İmperiyasının müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş gecə

İvanovkadan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər
21.04.2024
44

İvanovkadan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər

İsmayıllı rayonunun İvanovka kəndindəki Həvari İlahiyyatçı Yəhya prixodunun üzvləri Bakıya zəvvar səfərinə gəliblər. Zəvvarlar Bakı şəhərinin kafedral kilsəsi olan Müqəddəs Mürr-Daşıyan Zənənlər kilsəsində Rəbbin

Bakıda “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” konfransı keçirilib
20.04.2024
147

Bakıda “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” konfransı keçirilib

19-20 aprel 2024-cü il tarixlərində Bakıda “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq Konfransı keçirilib. Forum Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya

Xəbərlər

Populyar Xəbərlər

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
410
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
372
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
313
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər