Xəbərlər 2022
Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində yeparxiya müqəddəsi -şəhid keşiş İohannın xatirəsi qeyd olunub
Keşiş İohann Qançev 1910-1933-cü illərdə Bakıdan Lənkərana qədər Azərbaycanın müxtəlif pravoslav prixodlarında xidmət etmişdir. İmanın Allahsız hakimiyyət tərəfindən təqib edildiyi dövrdə o, saxta ittiham əsasında repressiyaya məruz qaldı, 1937-ci ildə Qazaxıstana sürgün edildi və orada ona edam cəzası hökmü verildi. 2000-ci ildə ata İohann Rus Kilsəsinin XX əsrdə verdiyi yeni müqəddəs şəhidi kimi şərəfləndirildi.
Barışmaz ateizmin tüğyan etdiyi çətin dövrlərdə öz həyatı bahasına əqidəsinə şəhadət verən çoxlu insanlardan yalnız biri olan bu cəsur din xadiminin xatirəsi Azəbaycanda qorunub saxlanılır.
Ənənəvi olaraq, Bakı yeparxiyasının pravoslav kilsələrində ata İohannın ölümü gününə (2 noyabr) ən yaxın olan bazar günü onun xatirəsinə təntənəli mərasimlər keçirilir.
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətə yeparxiyanın katibi Arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. Ata İohannın bir zamanlar baş keşişi olduğu paytaxtdakı Məryəm Ananın Mövludu kilsəsində isə onun şəhid olmasının 85-ci ildönümü ilə bağlı bayram tədbirləri keçirilib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2022
7982022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
29.12.2022
999Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
28.12.2022
977Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
50Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
48Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...