Xəbərlər 2023

Bakı kafedral kilsəsinə hədiyyə olaraq ikonalar təqdim edilib

Bakı kafedral kilsəsinə hədiyyə olaraq ikonalar təqdim edilib

Rəbbin Təqdimedilməsi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini Belarusiyalı qonaq, Mogilyov vilayəti Boquşovka qəsəbəsinin Məryəm Ananın Dua Örpəyi qədim-pravoslav, əski-adət prixodunun baş keşişi ata Vladimir Vorobyov ziyarət edib. Ata Vladimir Vorobyov Azərbaycana birinci dəfə deyil ki səfər edir.   Bu dəfə xeyriyyəçilərin və Məryəm Ananın Dua Örpəyi icmasının dəstəyi ilə Bakı yeparxiyası üçün hədiyyə olaraq ikona təsvirləri və xaçlar, o cümlədən mqd. Minsklı Valentinanın təsviri hazırlanıb.

XX əsrdə yaşamış bu müqəddəs ona verilmiş  xüsusi ənamlar ilə məşhurlaşıb.  Müqəddəs Valentina işıqlı baxışları ilə dünyanı mənəvi, əksər hallarda gözəgörünməz qalan tərəfdən görürdü. Buna görə də, o, onu ziyarət edən insanların həyatını ruhu ilə seyr edirdi;  kimin və nə üçün gəldiyini soruşmadan, hətta deyilməyən suallara belə cavab verirdi.  Rahibə-ana keçmişi də, gələcəyi də aydın görür və lazım bildikdə insanlara onlardan danışırdı.  Ziyarətçinin qəlbindəki sirri açaraq, onu Rəbb İsa Məsihə imanda gücləndirir, tövbə etməyən günahkarları məzəmmət edir, onları tövbəyə və xilasa çağırırdı.  Valentina kədər içində olanlara təsəlli verir və duası ilə onlara kömək edir, Allahın lütfü ilə xəstələrə şəfa verirdi.

Liturgiyanın sonunda ata Vladimir Azərbaycan pravoslavlarını salamlayaraq ümidvar olduğunu bildirib ki, ikonaların gətirilməsi ilə bağlı bu aksiya Belarus və Azərbaycan xristianlarını duada birləşdirəcək mənəvi körpüyə çevriləcək.  Bu hadisənin xatirəsinə ibadətdə iştirak edən hər kəs hədiyyə olaraq mqd. Minsklı Valentinanın kiçik ikonanı aldı.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
685

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
707

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
773

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
50
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
19.07.2026
47
Yeparxiya xəbərləri

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər

İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...

Xəbərlər