Xəbərlər 2023

Məşhur molokan kəndi İvanovkada tarixdə ilk dəfə pravoslav liturgiyası keçirilib

Məşhur molokan kəndi İvanovkada tarixdə ilk dəfə pravoslav liturgiyası keçirilib

İvanovka Azərbaycan ərazisindəki molokan kəndlərinin ən qədimi və ən böyüyüdür. Kəndin yaşı təxminən 200 ildir.
Rus molokanları XIX əsrin birinci yarısında  Azərbaycana köçüb və bu günə kimi burada bir neçə kənddə kompakt yaşayır. Kəndlərdən ən məşhur olanı - İvanovka kəndi,  İsmayıllı rayonunda yerləşir və bu gün təkcə rus kənd mədəniyyətinin deyil, həm də molokan inancının və adət-ənənələrinin qorunub saxlandığı yeganə böyük guşəsidir.
Kəndin sakinləri arasında pravoslav xristianlar da var ki, onların xatirinə Bakı və Azərbaycan yeparxiyası kənd icra başçısı və molokan ağsaqqalı ilə razılaşaraq İlahi Liturgiya ibadəti təşkil edib.    
25 nəfərin toplandığı ibadətə etnik molokan olan diakon Vasiliy Bannikovun müşayiəti ilə Bakı yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) rəhbərlik edib.  Səfərdə Yeparxiya şurasının katibi, protoiyerey Dionisiy Sveçnikov iştirak edib. Qonaqları Nikitin adına əfsanəvi kolxozun sədri V.İ. Novoseltsev xüsusi səmimiyyətlə qarşıladı. Liturgiyada Molokan icmasının baş presviteri S. V. Kazakov iştirak edib və səfər iştirakçılarına öz evində  qonaqpərvərlik göstərib.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
681

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
703

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
766

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
74
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
67
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
44
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər