Xəbərlər 2023

Lənkəranda “Xatirə bağı”

Lənkəranda “Xatirə bağı”

Həvari Tomaya həsr olunmuş bazar günü Azərbaycanın ən cənub pravoslav kilsəsində İlahi Liturgiya keçirilib. İbadətə Lənkəran şəhərinin Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr Astaşkinin müşayiətilə Bakı yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. Liturgiya zamanı ilahiləri mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin kiçik xoru ifa edib.Bu gün üçün kilsədə dövlət başçısının Bakı yeparxiyasına ayırdığı vəsait hesabına Rəbb Qapıları və Diakon Qapıları quraşdırılmışdır.

İbadətin sonunda kilsənin yerləşdiyi pravoslav qəbiristanlığının ərazisində "Xatirə bağı" salınıb. “Xatirə bağı” dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq aksiyadır və Böyük Vətən Müharibəsi zamanı həlak olan hər bir insanın xatirəsinə 2023-cü ildə 27 milyon ağac əkmək məqsədi daşıyır.

"Xatirə bağı" hərəkatı dünyanın hər yerindən yüz minlərlə insanın azadlığımız uğrunda mübarizədə canlarından keçmişlərin xatirəsini yad etmək ətrafında birləşdirir. Bundan əlavə, aksiya həm də ekologiya sahəsində aktual problemlərin həllinə - şəhərlərin yaşıllaşdırılmasına, meşə plantasiyalarının bərpasına və karbon qazının təsirinin azaldılmasına yönəlib.

Lənkəranda keçirilən aksiya Bakı şəhəri "Rus Evi" (Rossotrudniçestvo-nun nümayəndəliyi) Bakı yeparxiyası ilə birgə keçirilib və İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Rumyantsev A.V., "Rossotrudniçestvo"-nun, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının, Lənkəran şəhər icra hakimiyyətinin nümayəndələri, respublikanın cəbub bölgəsinin qazisi Hacı Sədi Qənizadə və başqaları iştirak ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
668

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
678

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
745

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
16.06.2026
55
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib

Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
19.06.2026
42
Yeparxiya xəbərləri

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub

Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ...

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
40
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Xəbərlər