Xəbərlər 2023

9 may - Qələbə Günün 78-ci ildönümü

9 may - Qələbə Günün 78-ci ildönümü

İkinci Dünya (Böyük Vətən) Müharibəsində Qələbənin 78-ci ildönümünün qeyd olunduğu gün hər il olduğu kimi, paytaxtın Nərimanov rayonunda yerləşən kütləvi məzarlıq abidəsinə yüzlərlə insan toplaşıb. Buraya veteranlar, müharibə iştirakçıların yaxınları, ictimai təşkilatların nümayəndələri, məktəblilər və Böyük Vətən Müharibəsində iştirak edən ölkələrin səfirləri, eləcə də Qarabağ müharibəsi veteranları gəlib.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov və Müharibə və Əmək Veteranları Təşkilatının sədr müavini polkovnik C.Xəlilov tədbir iştirakçılarına təbrik sözləri ilə müraciət ediblər. Bakı yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) döyüş meydanında canlarını fəda etmiş, aldığı yaralardan həlak olan əbədi sərkərdələrin və iman və Vətən uğrunda döyüşçülərin, əsirlikdə və acı zəhmətlərdə günahsız işgəncələrə məruz qalıb öldürülənlərin, Qələbə üçün çalışanların ruhlarına dualar oxuyub. Sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi də mərhumlar üçün dua edib. Tədbir iştirakçıları keçmiş SSRİ-nin hər yerindən Bakıdakı xəstəxanalarda aldığı yaralardan dünyasını dəyişən əsgərlərin məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

İkinci Dünya Müharibəsi illərində Azərbaycandan cəbhəyə 600 min döyüşçü getdi ki, bunun da 40 mini könüllü idi. Azərbaycandan çağırılmış 300 min SSRİ vətəndaşı döyüş meydanlarında həlak olub. Azərbaycandan olan əsgərlər Brest qalası uğrunda ən böyük döyüşlərdə vuruşmuş, Leninqrad və Moskvanın müdafiəsində iştirak etmiş, Stalinqrad uğrunda vuruşmuş, Ukraynada döyüşmüş, Baltikyanı və Şərqi Avropa ölkələrinin azad edilməsində iştirak etmiş, Berlinin özünə qədər gəlmişlər. Bundan əlavə, Azərbaycan cəbhəni yanacaqla təmin edirdi, müharibə zamanı tankların və hərbi texnikanın 85-90%-i Bakı benzini ilə işləyirdi. İkinci Dünya Müharibəsi illərində cəbhəyə 75 milyon ton Bakı nefti, 22 milyon ton benzin verilmişdir. Bakı zavodlarında 130-dan çox növ silah və onların komponentləri istehsal olunurdu. Azərbaycan cəbhəni pambıq və ərzaqla təmin edirdi.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
685

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
707

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
771

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
48
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
19.07.2026
42
Yeparxiya xəbərləri

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər

İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...

Xəbərlər