Xəbərlər 2023

Zati-Müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Zati-Müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Rus Pravoslav Kilsəsinin Başçısı, Zati-Müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb:

"Sizi və rəhbərlik etdiyiniz respublikanın bütün sakinlərini əlamətdar yubiley - Azərbaycan xalqının lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Heydər Əlirza oğlu uzun illər dövlət qulluğunda çalışdığı müddətdə özünü səmimi vətənpərvər və uzaqgörən siyasətçi, məsuliyyətli və həssas rəhbər kimi göstərdi, qayğısına qaldığı insanların rifahını daim diqqətdə saxladı. Sevindirici haldır ki, onun rəhbərliyi ilə ölkə nəinki sosial-iqtisadi sahədə mühüm dəyişikliklərə nail olub, həm də özünəməxsusluğunu, ənənəvi mənəvi-əxlaqi dəyərlərə sadiqliyini qoruyub saxlaya bilib.

Mən böyük minnətdarlıqla atanızın Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının dirçəlməsinə, dinlərarası dialoqun inkişafına, millətlərarası sülhün və vətəndaş razılığının quruculuğuna verdiyi böyük şəxsi töhfələr haqda şəhadət vermək istərdim.

Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına - firavanlıq və əmin-amanlıq arzulayıram".



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
658

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
669

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
738

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

1 iyun — Müqəddəs Ruhun Günü
01.06.2026
74
Yeparxiya xəbərləri

1 iyun — Müqəddəs Ruhun Günü

Müqəddəs Ruhun Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy  Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi yeparxiyanın ruhaniləri müşayiət ediblər. İbadətin ...

Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir
09.06.2026
56
Yeparxiya xəbərləri

Beynəlxalq Muğam Mərkəzində arxiyepiskop Aleksandrın vəfatının beşinci ildönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir

İyunun 10-da Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın (İşein) vəfatının beşinci ildönümü tamam olur. Arxiyepiskop Aleksandr təxminən 30 il ərzində, onlardan 22 ilini 1998-ci ildə bərpa olunmuş Bakı yeparxiyasının rəhbəri kimi, ...

Yeparxiya şöbəsinin rəhbəri «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının iclasında iştirak edib
08.06.2026
55
Yeparxiya xəbərləri

Yeparxiya şöbəsinin rəhbəri «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının iclasında iştirak edib

Azərbaycan Rus İcmasının sədri M. Y. Zabelinin rəhbərliyi ilə Rus Mədəniyyət Mərkəzində «Moskva Şəhər Merinin Azərbaycanlı Gənc Həmvətənlər üçün Təqaüdü» proqramının Himayəçilər Şurasının növbəti ...

Xəbərlər