Xəbərlər 2023

Azərbaycanın dini icmaları “Müasir çağırışlar və qarşıda duran vəzifələr” konfransında iştirak edib

Azərbaycanın dini icmaları “Müasir çağırışlar və qarşıda duran vəzifələr”  konfransında iştirak edib

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Bibliya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran vəzifələr” mövzusunda regional konfrans keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də respublikanın müxtəlif dini icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Forumda ölkədə dini etiqad azadlığının təmin edilməsi, ənənəvi mənəvi dəyərlərin təşviqi və təbliği, dini müxtəlifliyin qorunması, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunulub. Səfər zamanı tədbir iştirakçıları İsmayıllı rayonu İvanovka kəndini ziyarət edib, orada yaşayan molokan icmasının nümayəndələri ilə görüşüblər.

Bakı və Azərbaycan yeparxiyasını tədbirdə yeparxiya idarəsi dəftərxanasının rəhbəri Mixail Klimov təmsil edib.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
685

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
707

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı və Azərbaycan yepiskopu seçilib
28.12.2023
771

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
48
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər
19.07.2026
42
Yeparxiya xəbərləri

Uşaq bazar məktəbinin şagirdləri Tolerantlıq Evini ziyarət ediblər

İyulun 19-da Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin uşaq bazar məktəbinin şagirdləri müəllimləri və valideynlərinin müşayiəti ilə Azərbaycanın paytaxtının mərkəzində — İçərişəhərdə yerləşən Tolerantlıq Evini (Muzeyini) ziyarət ...

Xəbərlər