Xəbərlər 2023
Azərbaycanın dini liderləri dini dözümsüzlüyə qarşı birgə bəyanatla çıxış ediblər
Azərbaycanın dini liderləri dini dözümsüzlüyə qarşı birgə bəyanatla çıxış ediblər.
Bəyanatda, həmçinin, deyilir: "İstər Qurani-Kərimin, istər Tövrat və İncilin və ya hər hansı digər dini kitabların və atributların aşağılanması və təhqir olunması insanlar arasında nifaq və qarşıdurma yaradan cinayətdir. Xüsusilə kilsədə, məsciddə, sinaqoqda və digər dini məkanlarda törədilən hər hansı zorakılıq aktları - bütün dünya dinlərinə qarşı yönəldilən cinayət tərkibli təcavüzdür.
Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçün olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur. Biz dünyanın dövlət və ictimaiyyət xadimlərini, beynəlxalq və dini təşkilatları səsimizə səs verməyə çağırırıq.
Uca Yaradan dünyamızı insanlığa bəla gətirən əməllərdən və nadanların şərindən qorusun!
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
31.12.2023
6642023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan
30.12.2023
675Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda
28.12.2023
742Bakı və Azərbaycan yepiskopu seçilib
Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.
Populyar Xəbərlər
16.06.2026
46Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
13.06.2026
4513 iyun – yepiskop Aleksinin arxiyerey xirotoniyasının günü
İyunun 13-də Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətləri arxiyerey xirotoniyasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Aleksiy həzrətləri, yeparxiya ruhanilərinin müşayiətilə Bakı şəhəri Müqəddəs ...
13.06.2026
43Yepiskop Aleksiy Azərbaycan Kazakları Birliyinin atamanı ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları Birliyinin atamanı Yuri Çigiryov arasında görüş keçirilib. Görüş zamanı kazaklar üçün ...