Xəbərlər 2024

Bakı yeparxiyası İlham Əliyevi Prezidenti seçkilərində qələbəsi münasibətilə təbrik edir

Bakı yeparxiyası İlham Əliyevi Prezidenti seçkilərində qələbəsi münasibətilə təbrik edir

Bakı və Azərbaycan yeparxiyası ölkənin siyasi lideri İLHAM ƏLİYEVİ Azərbaycan Respublikasının Prezidenti seçkilərində qəti və inandırıcı qələbəsi münasibətilə təbrik edir!

Çoxmillətli Azərbaycan xalqının böyük əksəriyyəti öz səsini uzaqgörən müdrikliyi, əyilməz iradəsi, dövlət quruculuğuna və təhlükəsizliyin təmin edilməsinə dair prioritet vəzifələrə strateji baxışı və Vətənə səmimi sevgisi ilə müharibə dövrünü sona yetirmiş və ölkəsini sülh və firavanlıq dövrünə çatdırmış Prezidentinə verdi. Prezident İlham Əliyevin sayəsində Azərbaycan bu gün regionda aparıcı siyasi rollardan birini oynayan güclü dövlətdir. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətin inkişafı və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi üçün yeni üfüqlər açdı.

Bu gün Azərbaycan müxtəlif millətlərin və dini baxışların nümayəndələrinin öz vətəninin rifahı və firavanlığı naminə ümumi ideya ilə birləşərək sülh və əmin-amanlıq şəraitində yaşadığı dövlətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin hərtərəfli dəstəyi sayəsində ölkədə ənənəvi dini icmalar arasında konstruktiv dialoq və əməkdaşlıq üçün ən əlverişli şərait yaradılıb. Həmin ənənəvi dini icmalar həm hakimiyyət orqanları, həm də bütün xoşməramlı qüvvələrlə maneəsiz əməkdaşlıq edərək, mənəvi idealların və xalqın birliyinin möhkəmlənməsinə, milli mədəniyyətin qorunmasına mühüm töhfə verirlər.

Azərbaycanın pravoslav xristianları ölkənin ənənəvi dinlərinin nümayəndələri ilə birlikdə dua edirlər ki, İlahi Hikmət Sahibi olan Uca Yaradan yer üzündəki Vətənimizə əmin-amanlıq və firavanlıq bəxş etsin, Prezident İlham Əliyevi uzun illər ərzində sağlıqda, səbrdə və müdriklikdə gücləndirsin!



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb
29.12.2024
610

Bakı həlak olan pilotlar və bort-bələdçi ilə vidalaşıb

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipaj üzvlərinin Bakıda dəfn mərasimi keçirilib. Paytaxtın beynəlxalq hava limanında baş tutan vida

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib
26.12.2024
560

Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. Bakı yeparxiyası bu gün söylənilən

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib
25.12.2024
527

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində kitabların təqdimatı keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Xalqların Beynəlxalq Mənəvi Birliyi Fondunun nəşr etdiyi 12 kitabdan ibarət seriyanın təqdimatı olub. Çap nəşrlərini Fondun direktoru, Moskva Dövlət Universitetinin professoru

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər